"AccessBank” Nazirlər Kabineti yanında operativ qərargahın 65 yaşdan yuxarı vətəndaşlara dair qəbul etdiyi qərarı nəzərə alaraq, yaşlı müştərilərə özəl xidmət təklif edir.
AZXEBER.COM xəbər verir ki, bank, yaşlı müştərilərinin sağlamlığını düşünərək, onlara effektiv və keyfiyyətli xidmət göstərir. Bunun üçün 65 yaşdan yuxarı müştərilərə məsafədən xidmət təklif olunur. Karantin müddətində yaşlı müştərilərinin əlaqə nömrələrinə məlumatlandırıcı mesajlar göndərilir.
"AccessBank” 65 və daha yuxarı yaşı olan müştərilərə 151 məlumat mərkəzi vasitəsilə aşağıdakı xidmətləri təklif edir:
Mövcud əmanətin müddətinin uzadılması və ya digər valyutaya konvertasiyası
Mövcud kreditin restrukturizasiyası
Öz hesablararası köçürmələr və kommunal ödənişlərin həyata keçirilməsi
Yeni ödəniş kartının sifarişi və kuryer vasitəsilə müştəriyə çatdırılması
Mövcud ödəniş kartının blokdan çıxarılması və bloka salınması
SMS bankçılığın aktivləşdirilməsi
Kart limitinin aradan qaldırılması
Kreditin qismən və ya tam ödənişi
"AccessBank” müştərilərinə karantin rejimində dəstək olmaqda davam edəcək.