Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və MAG ( Müasir Azərbaycan Gənci) verilişinin təşkilatçılığı ilə 2 fevral tarixində "Açıq Mikrofon" Gənclərin Musiqi Marafonu keçirildi.
Konsertin əsas aparıcısı Abbasağa Əlizadə aparıclıq marafonuna məşhur bloqerlər Taleh Yüzbəyov, Səfa Mehdi və Türanə Hüseynlini dəvət etdi.
Minlərlə izləyicisi olan məşhurlar: Hiss, PRoMete, Rauf, Tomris, Samirə Əfəndi, Fariz İlyasov, Anar Bəylər, Ayaz Babayev, DJ Vebo və digər gənc ifaçılarla yanaşı hip-hop rəqsləri tədbirə xüsusi bir rəng qatdı. Yüzlərlə gəncin iştirak etdiyi möhtəşəm konsertdə MAG-ın rəsmi facebook səhifəsində qeydiyyatdan keçən gənclər böyük səhnədə ilk çıxışlarını etdilər.
Və bizə qoşulan aktiv, dinamik gənclər konsertdə əylənməklə yanaşı İrshad Electronicsin təqdim etdiyi Honor 9X mobil telefonu, Honor Band 5 və digər maraqlı hədiyyələr qazandılar.