Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti “İRƏLİ” İctimai Birliyi, Standard İnsurance və Qarant Sığorta şirkətlərinin birgə həyata keçirdiyi “Sığorta Akademiyası” layihəsi davam edir. Layihə çərçivəsində ikinci praktik hissəyə start verilib. Praktik hissədə iştirakçılar ölkənin öndə olan sığorta şirkətlərində təcrübə keçmək şansı əldə edəcək və bu sahənin mütəxəssisləri ilə görüşlər təşkil olunacaq. 13 Aprel 2012-ci il tarixində “Sığorta Akademiyası” layihəsinin iştirakçıları üçün Qarant Sığorta” ASC-nin ofisində “Açıq qapı” günü keçirilmişdir. Layihənin iştirakçıları şirkətin iş şəraiti, işləmə mexanizmi ilə yaxından tanış olmuşdur. Onlar Satış, Anderraytinq, İnsan resursları, Maliyyə, Marketinq və Zərərlərin tənzimlənməsi departamentlərində olmuş, hər bir şöbə və departamentin ayrı-ayrılıqda iş sistemi ilə yaxından tanış olmuşlar. Görüş iştirakçıların çoxsaylı sualları ilə davam etmişdir.