ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir

ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
İQTİSADİYYAT
16:28 02.03.2026
826
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) iqlim dəyişikliyi ilə bağlı beynəlxalq təşəbbüslər çərçivəsində Oksford Universitetinin Said Biznes Məktəbi ilə əməkdaşlıq elan edir. Əməkdaşlıq "Oxford Said Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” layihəsi çərçivəsində həyata keçirilir.

"Oxford Said Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” layihəsi gənc innovatorları və müəllimləri aktual ekoloji problemlərə texnologiyaya əsaslanan həllər və müasir dərs planları hazırlamağa təşviq edən nüfuzlu beynəlxalq platformadır. Layihə iqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizədə təhsilin və innovasiyanın rolunu gücləndirməyi hədəfləyir.

Əməkdaşlığın əsas məqsədi 15-18 yaşlı orta məktəb şagirdlərini və müəllimləri qlobal iqlim çağırışlarına praktik və miqyaslana bilən həllər hazırlamağa cəlb etməkdir. Təşəbbüs çərçivəsində iştirakçılar yalnız texnoloji ideyalar irəli sürməyəcək, eyni zamanda bu mövzuların tədris prosesinə inteqrasiyası üçün effektiv dərs planları da hazırlayacaqlar. Bu yanaşma şagirdlərdə yaradıcılığın, tənqidi düşüncənin və fənlərarası əməkdaşlığın inkişafına xidmət edir.

Qeyd edək ki, 2025-ci ildə keçirilən müsabiqə 75 ölkədən 1 600-dən çox müraciət qəbul edərək geniş beynəlxalq maraq doğurub. Təşkilatçılar bildirirlər ki, 2026-cı il buraxılışı müsabiqənin coğrafiyasını daha da genişləndirməyi və daha çox ölkədən iştirakçı cəlb etməyi qarşıya məqsəd qoyur.

Müsabiqənin final mərhələsi 2026-cı ilin avqust ayında Oksfordda keçiriləcək. Finalçı şagird komandaları və müəllimlər Said Business Schoolda öz həllərini və dərs planlarını təqdim etmək imkanı əldə edəcəklər. Qalib şagird komandası 2027-ci ildə Oksfordda təşkil olunacaq "Future Climate Tech Innovators Summer School” proqramında iştirak üçün tam təqaüd qazanacaq. Qalib müəllim isə Said Business Schoolun əyani Executive Education proqramında iştirak etmək imkanı əldə edəcək. Finalçıların və qaliblərin bütün səfər və iştirak xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq.

Müsabiqə çərçivəsində iştirakçılar hava çirklənməsi, ekstremal hava hadisələri, ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin itirilməsi və su qıtlığı kimi qlobal problemlər üzrə həllər hazırlayacaqlar. Layihədə texnologiyanın ətraf mühit dəyişikliklərinin monitorinqi, iqlim risklərinə uyğunlaşma və müxtəlif səviyyələrdə innovativ yanaşmaların tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təşəbbüsün əsas məqsədi daha təmiz, təhlükəsiz və dayanıqlı gələcəyin formalaşdırılmasına töhfə verəcək yeni nəsil liderlərin yetişdirilməsidir. 

Müraciət detalları və iştirak qaydaları ilə yarışmanın rəsmi internet saytında tanış olmaq mümkündür:

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Argentina 350 min dollardan başlayan investisiya qarşılığında vətəndaşlıq verəcək
21:30 02.10.2026
Argentina 350 min dollardan başlayan investisiya qarşılığında vətəndaşlıq verəcək
“Kənar qüvvələrin daxili işlərimizə müdaxiləsinə imkan vermirik” - Deputat
21:23 02.10.2026
“Kənar qüvvələrin daxili işlərimizə müdaxiləsinə imkan vermirik” - Deputat
“Sabah”ın müdafiəçisi millinin heyətindən çıxarıldı
21:16 02.10.2026
“Sabah”ın müdafiəçisi millinin heyətindən çıxarıldı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
21:10 02.10.2026
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
"Dawn": Hindistan sərhədçilərinin atdığı atəş nəticəsində 2 pakistanlı ölüb
21:04 02.10.2026
"Dawn": Hindistan sərhədçilərinin atdığı atəş nəticəsində 2 pakistanlı ölüb
Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb
20:57 02.10.2026
Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb
Boris Nemtsovun qızı Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
20:53 02.10.2026
Boris Nemtsovun qızı Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Sevgi və pulla bağlı 2 bürcə şad xəbər
20:45 02.10.2026
Sevgi və pulla bağlı 2 bürcə şad xəbər
Ulduz futbolçu "Barselona"ya qayıtmağı arzulayır
20:40 02.10.2026
Ulduz futbolçu "Barselona"ya qayıtmağı arzulayır
Rusiya ordusu yenidən Kiyevdəki Cənub körpüsünü vurub
20:34 02.10.2026
Rusiya ordusu yenidən Kiyevdəki Cənub körpüsünü vurub
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
20:29 02.10.2026
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Moskva İrəvanın qərarını gözləyir - Overçukdan AÇIQLAMA
20:21 02.10.2026
Moskva İrəvanın qərarını gözləyir - Overçukdan AÇIQLAMA
Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib
20:14 02.10.2026
Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib
İrəvanda atışma olub, xəsarət alan var
20:08 02.10.2026
İrəvanda atışma olub, xəsarət alan var
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
20:01 02.10.2026
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
İsrail "Flydubai" reysinin ikinci pilotunu dindirmək niyyətindədir
20:00 02.10.2026
İsrail "Flydubai" reysinin ikinci pilotunu dindirmək niyyətindədir