ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR

ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
MEDİA
17:20 28.02.2025
558
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Coşqun Dadaşov açıb.

O Azərbaycan Dillər Universitetinin tələbələrinin fəallığı haqda danışıb. Rektorun müşaviri bildirib ki, ADU media savadlılığına xüsusi önəm verir, bu istiqamətdə mütəmadi olaraq universitetdə tədbirlər, görüşlər keçirilir.

Daha sonra tədbirdə ADU İctimaiyyətlə Əlaqələr şöbəsi müdiri Cavid Zeynallı çıxış edib. O da öz növbəsində tələbələrə media savadlılığı və süni intellekt haqda məlumat verib, bu sahədə görülən işlər haqda danışıb.

Tədbirdə çıxış edən ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova rəhbəri olduğu təşkilatın bundan sonra media ilə bağlı tədbirlərə önəm verəcəyini və ortaq layihələr həyata keçirəcəyini deyib.

Daha sonra Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərlinin "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda təlimi baş tutub.

Baş redaktor dezinformasiya və saxta xəbərlərlə mübarizədə gənclərin rolundan danışıb. O qeyd edib ki, 21-ci əsrdə informasiya texnologiyalarının inkişafı sayəsində süni intellekt vasitəsilə saxta xəbərlər hazırlanır, dezinformasiyalar yayılır. Bu baxımdan da gənclərin media savadlılığına yiyələnməsi, hər məlumata inanmaması çox önəmlidir.

Təlim daha sonra sual-cavab şəklində davam edib.
 
Sonda xatirə şəkli çəkilib.
 







OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA