“AEGEE-Sumqayıt” Azərbaycanı Tiflisdə təmsil edəcək
GƏNCLİK
19:39 14.12.2011
2659
“15-19 dekabr tarixləri arasında Gürcüstanın Tiflis şəhərində Avropanın ən böyük tələbə və gənclər təşkilatı olan Avropa Tələbələr Forumunun təşkilatçılığı ilə “Regional Şəbəkələşmə Toplantısı” keçiriləcək”Bu barədə AZXEBER.COM-a “AEGEE-Sumqayıt” İctimai Birliyinin sədri Azər Məhərrəmov bildirib. Onun sözlərinə görə, toplantı AEGEE-Avropa tarixində Qafqazda ilk dəfə olaraq baş tutacaq. “Toplantının əksəriyyət iştirakçıları 3 Qafqaz ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstandan olacaq. Bundan başqa Avropanın digər ölkələrindən də gənclər tədbirdə iştirak edəcəklər. İştirakçılar “Şərq tərəfdaşlığı proqramının inkişafında gənclərin rolu” mövzusunda müzakirələr aparacaqlar. Bu tədbirdə Azərbaycanı “AEGEE-Sumqayıt” İctimai Birliyi 5 nəfər nümayəndə heyəti ilə təmsil edəcək. Toplantı çərçivəsində təşkil edilən “Mədəniyyətlər gecəsi”ndə Azərbaycanı layiqli şəkildə təmsil edəcəyimizə əminəm. Belə ki, Azərbaycan gecəsində “AEGEE-Sumqayıt” İctimai Birliyi olaraq biz milli rəqslərimizi və milli mətbəximizin təamlarını nümayiş etdirəcəyik”, – sədr bildirib.