AZXEBER.COM xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumata görə, 12 may 2026-cı il tarixdən etibarən hava limanı ilə paytaxtın strateji nöqtələri arasında iştirakçılar üçün 6 fərqli marşrut xətti fəaliyyətə başlayacaq:
A1 - metronun "28 May" stansiyası;
A2 - metronun "Nərimanov" stansiyası;
A3 - İzmir küçəsi;
A5 - metronun "İçərişəhər" stansiyası;
A6 - "Sea Breeze".
Bildirilib ki, mayın 15-dən etibarən A2 (Nərimanov) marşrutu həm də birbaşa Forumun keçiriləcəyi məkana əlaqəni təmin edəcək. Şattllar rəsmi nəqliyyat cədvəlinə uyğun olaraq, akkreditasiyadan keçmiş iştirakçılar üçün 24/7 (günün 24 saatı) rejimində və ödənişsiz fəaliyyət göstərəcək. Akkreditasiya kartını hələ almamış şəxslər onlayn qeydiyyat təsdiqini təqdim etməklə bu xidmətdən yararlana bilərlər.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.











































