Afət Telmanqızı "Space"dən çıxarıldı

Afət Telmanqızı "Space"dən çıxarıldı
MEDIA
12:25 09.08.2017
1428
"ANS"in simalarından biri telejurnalist Afət Telmanqızı fəaliyyət göstərdiyi "Space" televiziyasından uzaqlaşdırılıb.

AZXEBER.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, "Space" Teleradio Şirkətinin  "Hər gün" informasiya departamentinin rəhbər əvəzi vəzifəsi həvalə olunan Afət telekanaldan çıxarılıb. 

İddia edilir ki, o, məzuniyyətdən gec qayıtdığı üçün kanal rəhbəri tərəfindən cəzalandırılıb və kollektiv qarşısında fəaliyyətinə son verildiyi elan olunub.

Faktı telekanal rəsmisi Kamil Şahverdiyev də təsdiqləyib. O bildirib ki, Afət Telmanqızı işdən öz ərizəsi ilə ayrılıb. Afət Telmanqızı isə bu haqda danışmaq istəməyib.

Qeyd edək ki, "Space"də toplaşan keçmiş ANS-çilər arasında baş verən qalmaqallar daim mətbuata sızır. Sonuncu belə qalmaqal Afət Telmanqızı ilə Azadə Balayeva arasında yaşanmışdı.
OXŞAR XƏBƏRLƏR