AZXEBER.COM xəbər verir ki, R.Nəcəf bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Hörmətli "Sabah" klubunun rəhbərliyi, məşqçilər heyəti və futbolçular! Sizi və çoxsaylı azarkeşlərinizi futbol üzrə Azərbaycan Kubokunun qalibi olmağınız münasibətilə AFFA adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm!
Bu uğur təkcə meydandakı futbolçuların deyil, eyni zamanda klubda çalışan hər bir əməkdaşın və komandanı daim dəstəkləyən sadiq azarkeşlərin birgə əməyinin nəticəsidir.
İnanıram ki, Azərbaycan Kubokunun qalibi kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək, yeni uğurlara imza atacaqsınız. Bir daha hər birinizi bu inamlı qələbə münasibətilə təbrik edir, gələcək oyunlarda və turnirlərdə yeni nailiyyətlər arzulayıram!", - paylaşımda qeyd olunub.











































