Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma

Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma
DÜNYA
05:32 06.06.2026
220
Konqo Demokratik Republikası və Uqandada Ebola virusuna yoluxma hallarının sayı 397-yə çatıb, onlardan 63-ü ölümlə nəticələnib.

Bu barədə Xəstəliklərə nəzarət və profilaktika üzrə Afrika Mərkəzinin rəhbəri Jan Kaseya bildirib.

"Son məlumatlara əsasən, 381 yoluxma halı Konqoda, 16 yoluxma halı isə Uqandada təsdiqlənib", - J.Kaseya deyib.
Jan Kaseya bildirib ki, bu epidemiya mürəkkəbliyinə görə tarixdə dördüncü yerdədir.

Məlumata görə, həkimlər artıq yoluxmuş şəxslərlə təmasda olmuş təxminən 10 min nəfəri yoxlayıblar (Konqo DR-də 4 341, Uqandada isə 5 009 nəfər).

Xatırladaq ki, mayın 17-də Dünya Səhiyyə Təşkilatı Konqo və Uqandada Ebola qızdırmasının yayılmasını səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR