AGAT gənclərə liderlik bacarığını öyrədəcək

GƏNCLİK
18:22 20.04.2012
1830
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) aprelin 21-22-də “Gənclərin Liderlik Proqramı” çərçivəsində təlimlərə başlayır.AZXEBER.COM xəbər verir ki, proqram çərçivəsində liderlik bacarıqlarının aşılanması, gender bərabərliyi, yeni media, ictimaiyyətlə əlaqələr, şəbəkələşmə, QHT-lərin fəaliyyəti və s. mövzularda təlim keçiriləcək. Tədbirlərin təşkilində Quba rayon Gənclər və İdman İdarəsi dəstək göstərəcək. Eyni zamanda layihə çərçivəsində gənclər üçün Yay Düşərgəsinin keçirilməsi də nəzərdə tutulub. İştirakçılar əsasən, Quba, Xaçmaz və ətraf rayonlardan olacaqlar.

OXŞAR XƏBƏRLƏR