“Nabran Holiday Village” İstirahət Mərkəzində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının təşəbbüsü ilə (AQAT) "Yeni Media və Şəbəkələşmədə təşkilatların rolu" adlı ikigünlük tədbirə start verilib. AZXEBER.COM Gün.Az-a istinadən xəbər verir ki, keçirilməsi 10-11 sentyabr üçün nəzərdə tutulan tədbirin ilk günündə "Azərbaycançılıq lobbiçilik siyasətinin inkişafında virtual şəbəkələşmənin əhəmiyyəti" və "Azərbaycanın beynəlxalq imicinin formalaşmasında yeni mediadan istifadə" mövzularında müzakirələr aparılıb. Tədbiri giriş sözü ilə açan AGAT sədri Gülsel Səfərova söyləyib ki, son illər yeni medianın inkişafı və sosial şəbəkələrin genişlənməsi Azərbaycan gəncliyində imkanlarla yanaşı, həm də böyük bir məsuliyyət yaradıb. “Lobbiçilik hər bir Azərbaycan gəncinin ürəyində olmalı və texnoloji yeniliklərin, həmçinin Qərbə inteqrasiya prosesinin yaratdığı imkanlardan səmərəli istiafdə etməldir” – deyə, G.Səfərova bildirib. Tədbirdə çıxış edən Milli Məclisin üzvü Aydın Mirzəzadə bildirib ki, vacib olan məsələ beynəlxalq imicə malik olmaq yox, arzu etdiyimiz imicə nail olmaqdır. “Biz istər sıravi vətəndaşlar, istərsə müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər olaraq, bu gün bütün səylərimizi ona yönəltməliyik ki, Azərbaycan və Ermənistan arasında olan informasiya müharibəsində öz mövqeyimizi qətiyyətlə müdafiə edək və dünya ictimaiyyətinin də haqqımızda mənfi fikrinin yaranmasının qarşısını alaq” – deyə, A.Mirzəzadə vurğulayıb. Millət vəkili vurğulayıb ki, bu istiqamətdə könüllü gənclərin və əsasən də, fəaliyyətini diaspora istiqamətində quran gənclər təşkilatlarının rolu böyükdür. SOS Uşaq Kəndləri Assosasiyasının proqram meneceri Günel Məmmədova, “SOCAR”ın təmsilçisi Nicat Məmmədli, Bakı Slavyan Universitetinin dosenti Şəlalə Həsənova, QHT Forumun prezidenti Rauf Zeyni, “Sazz” internet provayder sirkətinin direktoru Azər Kərimov ekspert qismində çıxış ediblər. Həmçinin Xaricdə Təhsil alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) baş katibi Əbülfəz Şeydabəyov, Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Orxan Ərəbov, Gənclər Üçün Təhsil Mərkəzinin (GTM) sədri Vüsal Quliyev, “İslahatçı Gənclər” İctimai Birliyinin sədr müavini Tural Əliyev,Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təmsilçisi, BDU TGT sədri Məmmədbağır Məmmədov və bir sıra KİV nümayəndələri tədbirdə öz fikirlərini bildiriblər. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, təklif və sorğular dinlənilib. Dəyirmi masa bazar günü davam edəcək.
Rüfət ƏHMƏDZADƏ,gun.az