Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş sərgi keçirildi

Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş sərgi keçirildi
MƏDƏNİYYƏT
23:17 09.10.2014
1636

AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli Azərbaycan alimi, professor Aida xanım İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş geniş ədəbiyyat sərgisi təşkil olundu. 

AZXEBER.COM xəbər verir ki, sərgini giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxananın direktoru filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli xalqımızın böyük zəka və fövqəl istedad sahiblərindən biri olan tanınmış ədəbiyyatşünas, şərqşünas, tərcüməçi, tənqidçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın həyatından, zəngin elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətindən geniş bəhs etdi. A.Əliyeva-Kəngərli alimin Azərbaycan şərqşünaslıq elminin və elmi məktəbinin formalaşmasında və inkişaf etdirilməsində müstəsna rolunun, xüsusilə ərəbşünaslığın, ərəb ədəbiyyatının geniş tədqiqatlara cəlb edilərək fundamental ümumiləşdirilmələr aparılmasında əvəzsiz xidmətlərinin olduğunu və fəaliyyət epoxasının maraqlı məqamlarını dilə gətirdi.

A.Əliyeva-Kəngərli həmçinin qeyd etdi ki, professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim olmuşdur. O, 20 ildən artıq bir müddət ərzində BDU-nun Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxumuş, xüsusi kurslar aparmış, dissertasiya və diplom işlərinə rəhbərlik etmişdir. Aida xanımın əsərləri dünyanın bir çox ölkələrində nəşr olunur, oxunur və yüksək qiymətləndirilir, adı nüfuzlu elmi məclislərdə, simpozium və konfranslarda hörmətlə çəkilir.

Daha sonra çıxış edənlər vurğuladılar ki, professor Aida xanım İmanquliyevanın alim qələmi ilə uğrunda mübarizə apardığı ideya və amallar nə qədər ki, öz aktuallığını itirməyib, onun əsərlərinə müraciət edəcək və gələcək nəsillər onu daim minnətdarlıqla xatırlayacaqlar. Çünki A.İmanquliyeva Şərq və Qərb münasibətlərində çoxtərəfli dialoq və əməkdaşlığın olmasını son dərəcə vacib saymış, mədəniyyətlərin yalnız və yalnız qarşılıqlı hörmət, dialoq və inteqrasiya yolu ilə inkişafı və təkmilləşməsini, eləcə də bəşəriyyətin xoşbəxt gələcəyinin yalnız sülhdə, mədəniyyətlərarası dialoqda, elmi-ədəbi və mədəni inteqrasiya şəraitində mümkün olduğunu dönə-dönə qələmə almışdır.

Sərgidə alimin “Cübran Xəlil Cübran”(1975; 2002), “Qələmlər birliyi və Mixail Nuaymə” (2002), “Yeni ərəb ədəbiyyatı korifeyləri”(2003), “Şərq və Qərb: Ortaq mənəvi dəyərləri” (2004) kimi , eləcə də onun həyat və yaradıcılığına həsr olunmuş Səlahəddin Xəlilovun “Şərq ruhunun Qərb həyatı” (2009), Şərəf Cəlillinin “Daşda çiçək açan Dilbər”, eyni zamanda “Dünya deyilən sənmişsən”, “Романтическая поэзия в контексте Восточно-Западной проблематики” (2009), həmçinin AMEA MEK-də “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası ilə 2009-cu ildə tərtib edilən və alimin həyat və yaradıcılığının biblioqrafiyalaşdırılması sahəsində böyük əhəmiyyətə malik “Aida Nəsir qızı İmanquliyeva: Biblioqrafiya” və s. 100-ə yaxın kitab , 40-dan çox məqalə, virtual görüntülər, video filmlər və fotomateriallar oxuculara nümayiş etdirilmişdir.

Sərgi 15 gün müddətində davam edəcəkdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif