Aila avtoqəzadan sonra ilk layihəsini təqdim etdi - VİDEO

Aila avtoqəzadan sonra ilk layihəsini təqdim etdi - VİDEO
MAQAZİN
12:50 12.04.2026
579
Ağır avto-qəza keçirdikdən sonra yerimə qabiliyyətini itirən müğənni Aila Rai yeni mahnısını təqdim edib.

AZXEBER.COM xəbər verir ki, Aila "Xatirələrim” adlı layihəsini təqdim edərək bunları yazıb:

""Xatirələrim" adlı yeni mahnım və klipim artıq YouTube-da yayımdadır. Bəzən həyat səni elə bir yerə gətirir ki, nə danışmağa sözün qalır, nə də ağlamağa gücün... Mən o yerdən keçdim. 1 ildən çoxdur ki, içimdə səssiz bir mübarizə gedirdi. Avto-qəza sadəcə bir hadisə deyildi həyatımın ən ağır

sınağı idi. Hər şeyin bitdiyini düşündüyüm anlar oldu... amma sizin dualarınız, bir "yanındayıq" sözünüz məni qaranlıqdan çəkib çıxardı. Bu gün isə qarşınızdayam... səsimlə, klipimlə, ürəyimlə. Bu sadəcə bir mahnı deyil yaşadıqlarımın səsi, susduqlarımın qışqırığıdır. Əgər bu gün ayaqdayamsa, bu sizin sayənizdədir. Mənə inanan, məni unutmayan hər kəsə minnətdaram. Bəzən bir insanı yaşadan şey... başqa insanların sevgisi olur. Sizi çox sevirəm”.
 

OXŞAR XƏBƏRLƏR