21 aprel gecə radələrində, Quba-Xaçmaz yolunun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.1984-cü il təvəllüdlü Xaçmaz rayonu, Yergüc kənd sakini Həmidov Dəyanət Nüsrəddin oğlunun idarə etdiyi "VAZ 2109" markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.Nəticədə sürücü və sərnişin 1985-ci il təvəllüdlü Xudat şəhər sakini Lednejova Pərvanə Tehran qızı hadisə yerində dünyasını dəyişib.