"Ali Baş Komandanın rəhbərliyi ilə dünyada yeni səhifə açmış olduq" - Deputat

"Ali Baş Komandanın rəhbərliyi ilə dünyada yeni səhifə açmış olduq" - Deputat
SİYASƏT
11:56 07.11.2022
275
"Biz hər zaman ümidlə yaşayırdıq. Şükürlər olsun ki, məhz Ali Baş Komandanın sayəsində biz bu zəfəri əldə etdik”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Müşviq Cəfərov Zəfər Gününün ikinci ildönümü ilə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, qəhrəman oğullarımız Ali Baş Komandanın rəhbərliyi ilə artıq 30 ildir ki, işğal altında olan torpaqlarımızı azad etdilər:

"Qarşıdan gələn Zəfər Günümüz mübarək olsun. İllərdir ki, biz bu bayramın qeyd olunmasını gözləyirdik. Hər il bayramlar olduqca onun növbəti ildə Qarabağda qeyd olunmasını arzulayırdıq, ələlxüsus da bizim milli bayramlarımızı. Biz o ümidlə yaşayırdıq. Şükürlər olsun ki, məhz Ali Baş Komandanın sayəsində biz bu zəfəri əldə etdik. Artıq bu zəfər bizə Qarabağı qazandırdı. Şəhidlərimiz oldu, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Qazilərimizin sağlamlıqlarına qovuşmasını diləyirik. Təbii ki, vətən şəhidsiz olmur, yəni torpaq uğrunda ölən varsa, vətəndir. Bu deyimiz biz hər zaman deyirik. Şəhidlərimizi də hər zaman anmalıyıq, onları yaşatmalıyıq. Çünki o oğullar bizim 44 günlük müharibədə böyük qəhrəmanlıq göstərdilər. Bu qəhrəmanlığın da nəticəsində çox qısa bir müddətdə Ali Baş Komandanın rəhbərliyi ilə artıq 30 ildir ki, işğal altında olan torpaqlarımızı azad etdilər”. 

Deputat bildirib ki, azad etdiyimiz torpaqlarda artıq dirçəliş baş verir:

"Şükürlər olsun ki, artıq bu gün orada dirçəliş baş verir. Böyük qayıdış davam edir. Həmin torpaqlar artıq öz sahiblərinə qovuşub. O torpaqlarda infrastruktur layihələri həyata keçirilir. Kəndlər, qəsəbələr salınır, bərpa olunur. Şəhər və rayonlar qurulur. Çox tezliklə bizim müdrik rəhbərimizin sayəsində biz o torpaqları, həmin rayonları tam bərpa edəcəyik. Artıq küfləvi şəkildə ora qayıdış baş verəcək. Həmin ərazilərlə bağlı yeni konsepsiyalar işlənilir. İşlər planlı şəkildə aparılır. Təbii ki, bu Zəfər Günü hər bir Azərbaycan vətəndaşına qürurverici hislər yaşatdı”. 

Müşviq Cəfərovun sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi ilə biz regionda və dünyada yeni bir səhifə açmış olduq:

"Biz artıq demirik ki, bizim torpaqlarımız işğal altındadır, artıq deyirik ki, biz qalib bir xalqın nümayəndəsiyik. Biz qələbə qazanmış xalqıq və dövlətik. Bu torpaqlar da bizim dədə-baba torpaqlarımızdır. Bu torpaqları biz gələcək nəsillərə ötürmüş olduq, problemləri onlara saxlamadıq. Çünki bu problem hər bir azərbaycanlının – istər Azərbaycanda yaşayan, istər xaricdə yaşayan – hər birimizin ürəyində idi. Bu, ürəyimizdə bir yara kimi yer almışdı. Problem sözünü dilimizə gətirəndə ilk olaraq məhz Qarabağ problemi qeyd olunurdu. Şükür ki, artıq bu problem yoxdur. Onlar artıq tarixə qovuşdu. Ali Baş Komandanın rəhbərliyi ilə bu gün biz regionda və dünyada yeni bir səhifə açmış olduq. Dünyada bizi bəzi ölkələr, bəzi insanlar tanımırdısa, artıq hər kəs tanımış oldu. Çünki biz məhz qəhrəmanlıq göstərərək öz torpaqlarımızı işğaldan azad etmiş olduq”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
22:22 03.07.2026
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:18 03.07.2026
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
22:10 03.07.2026
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
Xankəndi Bəyannaməsi qəbul edildi
21:59 03.07.2026
Xankəndi Bəyannaməsi qəbul edildi
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."