“Ali təhsil müəssisələrində Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” layihəsinə start verildi

“Ali təhsil müəssisələrində Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” layihəsinə start verildi
MEDIA
20:10 12.10.2011
1800

Multimedia Mərkəzi tərəfindən “Ali təhsil müəssisələrində Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi" layihəsi həyata keçirilir.

AZXEBER.COM-un məlumatına görə, layihə çərçivəsində əsas diqqət media bazarının tələblərinə uyğun yeni media texnologiyaları ilə baglı tədris proqramlarının hazırlanmasına yönəlib. Tədris proqramı jurnalist tələbələrdə müasir peşəkar fəaliyyət üçün gərəkli olan bilik və bacarıqların aşılanmasını nəzərdə tutur. Bu sahədə mövcud vəziyyətin dərindən araşdırılması daha keyfiyyətli tədris proqramlarının hazırlanmasına köməklik edər.

  Multimedia Mərkəzi bu məqsədlə yeni media texnologiyaları sahəsində çalışanların rəy və şərhlərinin xeyli faydalı olacağını düşünür və bu xəbərə əlavə olunan sorğu anketinin doldurulmasına kömək göstərmənizi xahiş edir.

SORĞU ANKETİ

OXŞAR XƏBƏRLƏR