Alimlərin Yerə ən yaxın tək ulduz olan Barnard Ulduzu ətrafında 4 yeni planet kəşf etdikləri açıqlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yeni aşkar edilən bu planetlərin hamısının Yerdən kiçik olduğu bildirilib.
Barnard Ulduzu 1916-cı ildə kəşf edildikdən sonra kosmonavtlar tərəfindən planet axtarışında tədqiq edilir.
Ulduzun ətrafında fırlanan planetlərin mövcudluğunun ilkin əlamətləri əvvəllər tapılmışdı.
Çikaqo Universitetindən alim Ritvik Basant bu kəşf barəsində deyib:
"Bu, həqiqətən həyəcan verici bir kəşfdir. Barnardın Ulduzu bizim kosmik qonşumuzdur, lakin biz bu haqda çox az şey bilirik".
Oksana