Almaniyada polislərə hücum başladı: yaralılar var

Almaniyada polislərə hücum başladı: yaralılar var
DÜNYA
22:05 01.11.2026
238
Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən kütləvi iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı xəsarət alıb, 54 nəfər isə saxlanılıb.

AZXEBER.COM Globalinfo.az-a istinadən xəbər verir ki, etiraz aksiyaları zamanı vəziyyət gərginləşib və iğtişaşçılar şəhərdəki ticarət obyektlərinə hücum ediblər.

Hücum nəticəsində ümumilikdə 17 mağazaya ziyan dəyib, onlardan beşi talan edilib.

Polis baş verənlərlə bağlı araşdırmaları davam etdirir.
OXŞAR XƏBƏRLƏR