Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlıq barəsində müqavilə imzalanması üzrə razılıq əldə olundu - FOTOLAR

İQTİSADİYYAT
10:09 11.02.2020
5483
Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlıq barəsində müqavilənin imzalanması üzrə razılıq əldə olundu.
 
AZXEBER.COM xəbər verir ki, bu məqsədlə 10.02.2020-ci il tarixində Amrahbank ASC-nin Baş ofisində təşkil olunmuş görüşdə Səudiyyə İnkişaf Fondundan Eksport üzrə Maliyyə direktoru cənab Ali Algarni, Hesablaşmalar və Monitorinq Departamentinin rəhbəri cənab Mohammed Altombkti, marketinq mütəxəssisi cənab Navaf Alojruşun, Amrahbank ASC-nin struktur rəhbərləri, iş adamları, o cümlədən Gənc Sahibkarlar Birliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) nümayəndələri iştirak etdilər.

Görüşün birinci hissəsində Amrahbank ASC ilə Səudiyyə İnkişaf Fondu arasında rəsmi əməkdaşlıq barəsində razılıq əldə olundu. Razılığa əsasən Bankın müştəriləri Səudiyyə Ərəbistanından göndərilən məhsul və xidmət növlərinin, eləcə də Azərbaycanda real sektorun maliyyələşdirilməsində birgə əməkdaşlıq ediləcəkdir. Qeyd edək ki, belə bir razılşmanın rəsmiləşməsi Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafına dəstək verəcəkdir.

Görüşün ikinci hissəsində Səudiyyə İnkişaf Fondunun fəaliyyəti üzrə təqdimat keçirildi. Fondun fəaliyyəti ilə bağlı görüşün iştirakçıları arasında interaktiv müzakirələr aparıldı.

Nəzərinizə çatdırırıq ki, Amrahbank yarandığı gündən bu günə qədər beynəlxalq əlaqələrə böyük əhəmiyyət verir. Bu gün əldə olunan razılaşma bu strategiyanın uğurlu davamıdır. Bu da Banka müştərilərin kredit və ticarət maliyyələşməsi üzrə ehtiyaclarını daha tam ödəməyə imkanı yaradacaqdır.

Səudiyyə İnkişaf Fondu ilə Amrahbank 2011-ci ildən fəal əməkdaşlıq edir. Xarici banklarla müxbir münasibətlər, beynəlxalq maliyyələşmə və ticarətin maliyyələşdirilməsi Amrahbank fəaliyyətinin mühüm

istiqamətlərindən biridir. Amrahbank Kuwait Finance House Group, Islamic Trade Finance Corporation (ITFC), Islamic Corporation for the Development of the Private Sector (ICD), OPEC Fund for International Development (OFID), Gulf Finance House kimi beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlıq qurmuşdur.

Amrahbank: Sizə açıq və aydın bank!
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:07 01.10.2020

Türk polisindən azərbaycanlı xanıma jest: “Cəzanı onlara ödətdirəcəyik!”

12:00 01.10.2020

Füzuli istiqamətində düşmən texnikasi ələ keçirildi - FOTO

11:56 01.10.2020

Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - RƏSMİ

11:38 01.10.2020

Azərbaycan Beynəlxalq Bankından onlayn köçürmə ilə ordumuza dəstək imkanı

11:21 01.10.2020

Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyur

11:15 01.10.2020

Ordumuz Qarabağda erməni birləşmələrini necə əzir? - Sabiq korpus komandiri açıqladı

11:07 01.10.2020

Düşmənin artilleriya qurğularının məhv edilməsinin - Videosu

10:57 01.10.2020

Azərbaycan PUA-ları Xankəndinin kabusu oldu

10:36 01.10.2020

Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verildi

10:34 01.10.2020

Xanlar Vəliyev: “Fərarilik cinayətlərinin kökü kəsilib”

10:30 01.10.2020

Polşalı deputat: "Qarabağla bağlı beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir"

10:29 01.10.2020

Hərbi prokuror: “Ötən illə müqayisədə qeyri-hərbi cinayətlər xeyli azalıb”

10:27 01.10.2020

Baş Prokurorluq: Ermənistanın təxribatı nəticəsində mülki əhalidən 55 nəfər yaralanıb, 16 nəfər həlak olub

10:24 01.10.2020

27 il dalana dirənən danışıqların finalı: düşmən indi ağalarına yalvarır...

10:14 01.10.2020

Ermənilərin atdığı mərmi Tərtər avtovağzalına düşdü - bir mülki şəxs həlak oldu

10:06 01.10.2020

Xarici jurnalistlər, ictimai-siyasi xadimlər Azərbaycana dəstək olublar

X Mostbet