Anasının yanında dediyi sözə görə arvadını döyüb öldürdü - Bakıdakı qətlin təfərrüatı

Anasının yanında dediyi sözə görə arvadını döyüb öldürdü - Bakıdakı qətlin təfərrüatı
KRİMİNAL
18:49 14.12.2022
1226
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Namiq Əkbərzadənin cinayət işi üzrə təfərrüat məlum olub.

Hadisə Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, Namiq Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə dindirilmiş Namiq Əkbərzadə ifadəsində bildirib ki, 2000-ci ildən Rusiyada ticarətlə məşğul olub. 2006-cı ildə Bakıda ev aldıqdan sonra Dilarə Hüseynova ilə ailə həyatı qurub. Rusiyaya qayıdıb orada yaşayıblar. Nikahdan 2 uşaqları dünyaya gəlib. 

Son illərdə Dilarənin hərəkətləri onu qıcıqlandırıb. Hətta sonuncunun ona xəyanət etdiyini düşünüb. Hadisədən 1 il əvvəl onlar Bakıya qayıdıblar. Azərbaycandan çıxışına qadağa qoyulduğu üçün bir daha Rusiyaya gedə bilməyib və Bakıda olduğu müddətdə heç yerdə işləməyib. Qardaşı onun Rusiyada olan mağazasını işlədərək kartına pul köçürüb, o da həmin pul hesabına dolanıb.

Namiq Əkbərzadə bildirib ki, Dilarə ilə mübahisə zamanı bir-birilərini söysələr də, ona heç vaxt əl qaldırmayıb. 

Oktyabrın 23-də qayınanası onlarda olarkən arvadı qəflətən uşaqlardan birinin ondan olmadığını deyib və gülməyə başlayıb. Dilarənin bu sözü ona həddindən artıq pis təsir edib. Yoldaşının hərəkətlərindən əsəbiləşdiyi üçün onu cəzalandırmaq istəyib. 

Həmin gün saat 23:00 radələrində uşaqlar yatıblar. Adətən gec yatdığı üçün Dilarə onun nəsə edəcəyindən şübhələnməyib. Gecə saat 3-də həyətdən taxta parçasını götürüb evin giriş qapısının arxasına qoyub və divanda uzanıb televizora baxıb. 

Namiq Əkbərzadə ifadəsinin davamında bildirib ki, təxminən saat yarımdan sonra taxtanı götürüb yataq otağına keçib. İşığı yandırıb Dilarənin üstünə qışqıraraq onu yuxudan oyadıb. Yoldaşından nə səbəbə görə anasının yanında uşaqla bağlı belə bir söz dediyini soruşanda qadın kobud cavab qaytarıb. Bu zaman əlindəki taxta ilə Dilarəyə bir zərbə endirib. Vurduğu ikinci zərbədən sonra arvadının başı partlayaraq ətrafa qan sıçramağa başlayıb və o, arxası üstə çarpayıda hərəkətsiz vəziyyətdə qalıb. Qadının öldüyünü zənn edərək taxta parçasını onun üstünə tullayıb otağın işığını söndürüb. Uşaqlara baxıb onların yatdığını gördükdən sonra evdən çıxıb polis idarəsinə gedərək törətdiyi cinayəti etiraf edib. 

Məhkəmə prosesində Namiq Əkbərzadə ittiham üzrə özünü təqsirli bilərək qeyd edib ki, törətdiyi əməl nəticəsində ən ağır zərbə əslində onun özünə dəyib. İki azyaşlı övladı valideynsiz qalıb.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli qəsdən törədilib. O, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Sonda məhkəmənin hökmü ilə Namiq Əkbərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
 
///Ölkə.Az 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı