Aqil Abbas: Biz Ukraynada baş verənləri 30 il əvvəl yaşamışıq, özü də daha dəhşətli

Aqil Abbas: Biz Ukraynada baş verənləri 30 il əvvəl yaşamışıq, özü də daha dəhşətli
SOSİAL
14:27 15.03.2022
274
Aqil Abbas,
Milli Məclisin deputatı


Yenə
Ukraynaya dünya dövlətlərindən dəstək var, iclaslar keçirirlər, Rusiyanı qınayırlar, Ukraynanın adı gələndə durub ayaq üstdə çapan çalırlar. Amma həmin vaxt aparıcı dünya dövlətləri bizə bu dəhşəti yaşadanların yanındaydılar, silah-sursat, bomba peşkəş edirdilər, raket peşkəş edirdilər.

Nə isə... Buyurun, «Dolu» romanından bu bir parçanı oxuyun:

... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Azacıq meh yaradan çinarlar da çırpınıb-çırpınıb süst düşmüşdülər. Qəflətən bu buludsuz, bu aydın, bürküdən yorulub day ulduzları da sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan şəhər özünü atdı bayıra.

... Amma Dolunun sevincini yaşamağa, gətirdiyi soyulmuş baldırğan qoxusunu ciyərlərinə çəkməyə, Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi musiqisinə qulaq asmağa yox. Uşaqlar bu Dolu ilə oynaya bilmirdilər, ağızlarına atıb konfet kimi sümürə bilmirdilər. Bu Dolunun musiqisindən ləzzət almaq olmurdu, bu Dolunun musiqisi insanların beyninə bir dolu kimi dəyib ruhunu əzirdi. Göydən dolu yağmırdı, Əzrayıl yağırdı. Kimi harda yaxalayırdısa, elə orda da cənginə alıb çeynəyirdi.

Sambist Eldarı gecə növbəsindən qayıdanda Lenin bağının başında yaxalamışdı, səhər batalyonun uşaqları yanğınsöndürən maşının köməyi ilə qoca palıdın başından parçalarını zorla yığa bilmişdilər. Xanəndə Baratın xanımını evin içində, yuxunun ən şirin yerində cənginə almışdı, başlarını itirdiklərindən yalnız Ağcabədidə xəstəxanaya çatdıranda bilmişdilər ki, sağ qolu qalıb evdə. Əlinə düşəndən babat vurub çarpayıya daş kimi düşmüş Kefli Çapay səhər ayılanda evin ortasında parçalanmamış bütöv bir Dolunun sancıldığını görüb demişdi:

- Bunu kim göndərdi, ə?!

Hərə başını götürüb bu Doludan hara gəldi qaça bildikcə qaçmaq istəyirdi. Maşınlılar colum-cocuğunu maşınına doldurub şəhərdən çıxarır, kəndə-kəsəyə üz tuturdu. Kənddə-kəsəkdə doğması olmayanlar isə şəhərin kənarında Dolu tutmayan bir yerdə ya maşında, ya ağacların altında gecələyirdilər. Maşınsızlar isə colum-cocuğunu evin dərin yerinə çəkir, əlacsızlığın ağırlığı altında balalarının qorxudan bərəlmiş gözlərinə baxmağa da utanırdılar. Bu colum-cocuğun baxışları onları dışardakı Doludan da bərk döyürdü.

Və bu Dolu şəhəri qəfil it kimi həmişə gecədən bir az keçmiş,yuxunun ən şirin yerində tuturdu. Gecənin qaranlığından, Dolunun insanların beynini bir dolu kimi döyüb ruhunu əzən şaqqıltısından çaşmış adamlar fırtınanın sahilə atdığı balıqlara oxşayırdılar.

Yenə gecə yarıdan keçmişdi... Və şəhəri Dolu necə vururdusa... Maşını olanlar yenə colum-cocuğunu maşına doldurub şəhərdən çıxarmağa çalışırdı. Maşını olmayanlar isə yenə colum-cocuğunu evin dərin yerinə çəkib ümidlərini onları çoxdan yaddan çıxarmış Tanrıya bağlayaraq xəcalətlərindən domuşmuş balalarının qorxudan bərəlmiş gözlərinə də baxmağa ürək eləmirdilər...

... Bu Yiyəsiz Dövlətin bu Yiyəsiz Övladları önü düşmən, arxası isə heç nəyə söykənməyən səngərin içində silahlarını əzizləri kimi bağırlarına basıb ürəkləri qan ağlaya-ağlaya şəhərə yağan Doluya ağrı ilə tamaşa edirdilər.

- Allah, sən özün kömək ol!

- Allah, sən saxla...

Yaratdığı dünyanı onun iradəsi əleyhinə məhvərindən çıxarmış insanlara qəzəblənmiş Tanrı yorulmuşdu. Müharibədə qırılan bu günahsız cavanlar kimi o da vaxtından əvvəl qocalmışdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi