Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
MEDIA
12:00 26.10.2026
180
"Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub.

AZXEBER.COM xəbər verir ki, təqdimat Qırğızıstanın paytaxtı Bişkekdə, Yusuf Balasaqun adına Qırğız Milli Universitetində Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən keçirilən Türk Dünyası Qırğızıstan Jurnalistlər Çalıştayı çərçivəsində baş tutub.

Qırğızıstan Jurnalistlər Birliyinin sədri İlyasbek Baltaşev tərəfindən Aqil Ələsgərə birliyin fəxri üzvlük vəsiqəsi, həmçinin "Ən yaxşı jurnalist” medalı təqdim edilib.

İlyasbek Baltaşev qeyd edib ki, "Qırğızıstan Jurnalistlər Birliyi 20 ildən çoxdur ki, fəaliyyət göstərir. İlk dəfədir ki, biz ölkə xaricindən jurnalistləri təltif edirik. Bu təltif türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin media müstəvisində gücləndirilməsi, ortaq dəyərlərin təbliği və jurnalistlər arasında peşəkar əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətinə verilən qiymətdir”. 

İlyasbek Baltaşev onu da vurğulayıb ki, "Azərbaycan və Qırğızıstan media qurumları arasında birbaşa təmasların artırılması iki ölkənin ictimaiyyətinin bir-birini daha yaxından tanıması baxımından əhəmiyyət daşıyır. Qarşılıqlı informasiya mübadiləsi, birgə media layihələri və jurnalistlərin təcrübə paylaşması bu əlaqələrin davamlı inkişafı üçün mühüm imkanlar yaradır”.

Qeyd edək ki, Aqil Ələsgərlə yanaşı, Türk Dünyası Jurnalistlər Federasiyasının təmsilçisi Menderes Demir, Türk İnternet Media Birliyinin (TİMBİR) sədri, dr.  Süleyman Basa, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca, Qazaxıstan Jurnalistlər Birliyinin təmsilçisi Bayan Ramazanova, İstanbul Jurnalistlər Federasiyasının təmsilçisi Adil Koçalan və Özbəkistan Jurnalistlər Birliyinin üzvü Holmurod Salimov da medalla təltif olunub və fəxri üzvlüyə qəbul ediliblər. 

Xatırladaq ki, Aqil Ələsgər ötən ay Qazaxıstana səfəri çərçivəsində də Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, eləcə də dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına "Kəməl Ata Kəməngər” ordeni ilə təltif olunub.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA
12:59 26.10.2026
Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
12:50 26.10.2026
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
12:28 26.10.2026
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
12:18 26.10.2026
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
12:00 26.10.2026
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
11:54 26.10.2026
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
11:53 26.10.2026
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
11:32 26.10.2026
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
11:30 26.10.2026
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
11:21 26.10.2026
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
11:17 26.10.2026
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
11:13 26.10.2026
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
11:06 26.10.2026
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
11:01 26.10.2026
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
10:28 26.10.2026
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
10:25 26.10.2026
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib