AQTA 10 müəssisədə pozuntular aşkarladı

SOSİAL
19:24 16.09.2021
174
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan AZXEBER.COM-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 15-də ölkə üzrə 412 ictimai iaşə obyektində 702 monitorinq keçirilib. Monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, P. Həşimov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Rəşad Telman oğluna məxsus dönər evi;

2. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., ev 2 ünvanında yerləşən, fiziki şəxs Eyyubov Cahangir Ehtibar oğluna məxsus "EL CHAKO” restoranı;

3. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç., ev 136A ünvanında yerləşən, fiziki şəxs Abdullayev Müşviq Rauf oğluna məxsus kafe;

4. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., G. Məmmədov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Elvin Qalib oğluna məxsus "Qəbələ” restoranı;

5. Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küç., döngə 7 ünvanında yerləşən, fiziki şəxs Cəbrayılov Tale Hafis oğluna məxsus "Qədim Şamaxı” restoranı;

6. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, fiziki şəxs Həsənov Yusif Qurban oğluna məxsus "Baskal” kafesi;

7. Sumqayıt şəhəri, Yeni Bulvar ərazisində yerləşən, fiziki şəxs Nəcəfova Aynur Tofiq qızına məxsus "Priçalli" restoranı;

8. Qazax rayonu, Çaylı kəndində yerləşən, fiziki şəxs Rzayev Razim Həbib oğluna məxsus yeməkxana;

9. Yevlax rayonu, Yevlax-Bərdə yolu, 9-cu km-də yerləşən, fiziki şəxs Paşayev Saleh Bəxtiyar oğluna məxsus "Çinar” kafesi;

10. Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, fiziki şəxs Kazımov Tofiq Həbib oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:22 26.10.2021

Azərbaycanda nə qədər narkoman var? - VİDEO

12:18 26.10.2021

Hikmət Hacıyev: "Erməni faşizminin məhv edilməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni yaranıb"

12:15 26.10.2021

“Nə istəyirlər desinlər” – Körpəyə su verməsi ilə gündəm olan Çingiz Abdullayev

12:12 26.10.2021

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

12:10 26.10.2021

Deputat qalmaqallı statusundan danışdı: “Sürücüm edib...”

12:06 26.10.2021

Bu binanın uçma təhlükəsi var, DYP əhaliyə müraciət etdi

12:02 26.10.2021

Kəramət Böyükçöl Narkoloji Dispanserdən evə buraxıldı - FOTO

11:57 26.10.2021

DİN Bakıda bir qrup qazinin yolu bağlamasına münasibət bildirdi

11:55 26.10.2021

"Squid Game" serialına baxan işçilər etiraza başladı: Haqqımızı verin

11:50 26.10.2021

Ərdoğan Azərbaycana yola düşüb

11:47 26.10.2021

Koronavirusun “AY.4.2” variantı “Delta”dan daha təhlükəlidir - AÇIQLAMA

11:45 26.10.2021

Prezidentin köməkçisi: “Regionda yeni təhlükəsizlik düzəni formalaşıb”

11:27 26.10.2021

Alim Qasımov qızını cəzalandırıb: “Mənə şillə vurdu” - VİDEO

11:16 26.10.2021

Ermənistan parlamenti Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı qapalı dinləmələr keçirəcək

11:12 26.10.2021

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

11:02 26.10.2021

DTX rəisindən Azərbaycanda sabitliyi pozmağa çalışanlara XƏBƏRDARLIQ