ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama

ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
MAQAZİN
15:36 30.06.2026
518
 
Müğənni Nuran ilə ARB TV arasında gərginlik yarandığı iddia olunub.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə müğənni özü məlumat verilib.

Məlumata görə, buna səbəb müğənninin öncədən lentə alınmış görüntü və açıqlamalarının heç bir rəsmi səbəb göstərilmədən efirə verilməməsi olub.

Nuran bildirib ki, ARB TV rəsmiləri Nurana qarşı hər hansı qadağanın tətbiq olunmadığını bildirsələr də, efirə getməyən materiallarla bağlı heç bir səbəb göstərməyiblər.

Müğənninin sözlərinə görə, sənət fəaliyyətinə başladığı gündən heç kimə hörmətsizlik etməyib və hər zaman telekanalların dəvətlərini qəbul edib:

"Son bir ildə ARB TV üçün lentə alınan müsahibələrinin heç biri efirə verilməyib. O, kanalda qadağa olmadığının bildirilməsinə baxmayaraq, materialların niyə yayımlanmadığını anlamadığını və bu qərarın yenidən nəzərdən keçiriləcəyinə ümid edirəm”.
 
Məsələ ilə bağlı ARB TV-yə bildirilib ki, telekanalda müğənninin çıxışlarına heç bir qadağa qoyulmayıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR