ARDNŞ-nin işsiz qalan işçilərlə bağlı - AÇIQLAMASI

ARDNŞ-nin işsiz qalan işçilərlə bağlı -  AÇIQLAMASI
Bütün Xəbərlər
16:20 10.01.2014
1565
İşçilərin müsabiqə yolu ilə vakant yerlər üzrə yerləşdirilməsinə başlanıb

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bəzi müəssisələrinin bağlanılması nəticəsində işsiz qalan işçilərlə bağlı açıqlama yayıb.

ARDNŞ-dən APA-ya verilən məlumata görə, şirkətin İnsan resursları Departamentinin struktur təkmilləşdirilməsi ilə əlaqədar yaydığı məlumatda bildirilir ki, ARDNŞ-də aparılan struktur təkmilləşdirilməsi tədbirləri çərçivəsində sərbəstləşən işçilərin şirkətin müəssisə və təşkilatlarında mövcud vakansiyalara müsabiqə yolu ilə yerləşdirilməsi prosesinə başlanılıb.

Bu gün Departamentdə «Energetik» və «Kadrların hazırlığı üzrə mühəndis» vakansiyaları üzrə ixtisas və iş təcrübəsi uyğun gələn sərbəstləşən işçilər üçün test imtahanı keçirilib.

Test imtahanı kompüter proqramları vasitəsilə elektron qaydada aparılır və sərbəstləşən işçilərə yalnız ixtisas üzrə vakansiyaya uyğun 40 sual təqdim olunur. Test tapşırıqlarını cavablandırmaq üçün iddiaçıya 60 dəqiqə vaxt verilir, hər bir test tapşırığı 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavablara təsir etmir, ixtisas üzrə təqdim olunan test tapşırıqlarından minimum 50%-nə düzgün cavab verənlər keçid balını toplamış hesab olunur, onların arasından ən yüksək bal toplayan şəxs imtahan verdiyi ixtisas üzrə işlə təmin olunur.

Keçid balını toplayanların qalanları isə Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilir və imtahan verdiyi ixtisas üzrə növbəti vakansiya yarandıqda topladığı bal nəzərə alınaraq, həmin vakansiya üzrə imtahansız işlə təmin olunur. İxtisas üzrə keçid balını toplaya bilməyənlər isə ARDNŞ-də digər vakansiyalar elan edilərkən biliyi və ixtisası uyğun gələn vakansiyaya müraciət etmək hüququna malik olur.

Məlumatda deyilir ki, sərbəstləşmiş işçilər arasında xüsusi peşəkarlıq tələb olunmayan əməkdaşlar da var: «Onların işlə təmin olunması müsabiqə prosedurası tətbiq edilmədən aparılır. Belələri tələbata uyğun olaraq sərbəstləşənə qədər işləmiş olduqları sahələrə uyğun şəkildə yerləşdiriləcəklər. Bununla yanaşı sərbəstləşməsi gözlənilən fəhlələrdən uyğun peşələrdə işləmişləri peşə sınağından keçirməklə, digərlərini isə ikinci peşəyə yiyələnməklə ARDNŞ-in müvafiq strukturlarında mövcud vakansiyalara yerləşdirilməsi ilə bağlı siyahılar hazırlanır ki, bu kateqoriyadan olanlar da Təlim, tədris və sertifikatlaşdırma İdarəsinin kadr hazırlığı mərkəzlərində təhsillərini başa vurub müvafiq sertifikatlar aldıqdan sonra tələbata uyğun olaraq təyinatı üzrə işlə təmin ediləcəklər».

«Yuxarıda qeyd edilən işlər mərhələlərlə, vakansiyalar yarandıqca, kənardan işçi qəbuluna məhdudiyyətlər qoyulmaqla və şəffaflıq prinsipinə əməl edilməklə həyata keçiriləcək», - deyə məlumatda deyilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir