Arıqlamaq üçün dərman içən 18 yaşlı qız öldü - Azərbaycanda

TOP4
10:34 06.12.2018
5152
Yevlaxda 18 yaşlı qız zəhərlənərək ölüb.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki,  2000- ci il təvəllüdlü Sona Əliyeva dekabrın 4-də axşam saatlarında zəhərlənmə diaqnozu ilə Yevlax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib. 

Dekabrın 5-də isə xəstəxananın reanimasiya şöbəsində vəfat edib.  O, evdə arıqlamaq üçün kömür tabletkası qəbul edib. 

Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR