Arvadına sataşan qonşusunu atasının gözü önündə öldürdü - FOTO

Arvadına sataşan qonşusunu atasının gözü önündə öldürdü - FOTO
KRİMİNAL
21:51 04.11.2022
1010
2021-ci il oktyabrın 30-da Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi, Ə. Dadaşov küçəsi 2 ünvanında yaşayan, 1978-ci il təvəllüdlü Zakir Hüseynov bıçaqlanması və aparıldığı 3 saylı Şəhər Klinikasında vəfat etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olur.

Dərhal hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları əraziyə cəlb olunur. Araşdırmalar zamanı məlum olur ki, Z. Hüseynovu aralarında yaranmış mübahisə zamanı həmin evdə yaşayan, 1993-cü il təvəllüdlü Anar Salmanov bıçaqlayıb.

Həmin gecə Anar Salmanov 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılır.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

AZXEBER.COM xəbər verir ki, "lent.az" sözügedən qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, oktyabrın 15-də Anar Salmanovun qonşusu Zakir Hüseynov, onun evdə olmadığını bildiyi halda pəncərəni döyüb, arvadı Nigar Məmmədlidən onu soruşub. A.Salmanov da qonşusunun yoldaşına sataşdığını düşünərək, onu cəzalandırmaq qərarına gəlib.

Oktyabrın 29-u saat 23 radələrində yaşadığı evin pəncərəsindən Zakir Hüseynovun doğmalarını söydükdə, qonşusu öz evindən çıxıb, onun evinə daxil olub.

aralarında başlayan davanın qarşısını almağa çalışan atası Balababa Hüseynov və bacısı Mətanət Dadaşovanın gözü önündə məişət Anar bıçaqla Zakir Hüseynovun sinəsinə və qarnına 2 dəfə zərbə vurub. Bu hadisə isə Zakirin atası Balababa Hüseynov və bacısı Mətanət Dadaşovanın gözləri önündə baş verib.

İş üzrə dindirilmiş Anar Salmanov bildirib ki, 2020-ci ildə Nərgiz Hüseynzadə ilə evlənib. Onunla ailə həyatı qurmamışdan əvvəl, 2015-ci ildə sosial şəbəkə vasitəsi ilə Nigar Məmmədli ilə tanış olub:

"Nigar Sərxan adlı şəxslə evil olsa da, mütəmadi görüşərək, onunla cinsi əlaqədə olurduq. 2021-ci ilin yanvar ayında Nigarla ər-arvad münasibətindən qızım dünyaya gəlib. Övladımın atası olsam da, doğum haqqında şəhadatnamədə Sərxanın adı qeyd olunmuşdu. Martın 8-də növbəti mübahisədən sonra Nigar öz ərinə, uşağın atasının mən olduğumu etiraf edib.

Buna görə, Nigar və əri Sərxan boşandılar. May ayında Nigarla aramızda olan münasibətdən xəbər tutan arvadım Nərgiz küsüb atasının evinə getdi və 3 aydan sonra məhkəmə yolu ilə məndən boşandı. Bundan sonra Yeni Suraxanı qəsəbəsində Nigarla və övladımla yaşadım. Üzbəüz qonşuluqda yaşayan Zakir Hüseynov keçmiş arvadım Nərgizin qohumu idi.

Boşandığım üçün, qonşum və ailə üzvləri mənimlə ədavət aparmağa başlamışdılar. Hadisədən 2 həftə əvvəl Nigar zəng edərək Zakirin pəncərəni döyüb, mənim evdə olub-olmadığımı soruşduğunu və sonra atmacalı sözlər söyləyərək, zarafat etdiyini dedi.

Bunu bilib işdən gəldim və qonşuma zəng edib, "məni niyə axtardığını?” soruşdum. Zakir gəlib evin pəncərəsindən məni soruşduğunu etiraf etdi.

Oktyabrın 29-u günorta saat 13 radələrində qonşum yenidən Nigarın əvvəlki evliliyindən olan övladı barədə bildiklərini məndən təkrar marağlanmağa başladıqda, bunları məni alçaltmaq üçün soruşduğunu hiss etdim. Sonra evə gəldim.

Zakirin mənə söylədiklərini, axşama qədər düşündüm. Hətta qonşuma görə, həmin məhəllədən köçüb getməyi fikirləşdim.

Əsəbilərimi sakitləşdirmək üçün tərkibində alkoqol olan energetik içkilər içdim. Saat 23 radələrində həyətə gələndə, evimin qarşısında Zakirin atası Balababa Hüseynovu gördüm. Ona oğlu haqqında təhqiredici sözlər dedim.

Yüksək səslə söydüm ki, evdə olan bunları Zakir eşitsin. Evimə daxil olanda qapını arxadan bağlamadım. Ardımca evə Zakir girdi. Gözümə mətbəxdə istifadə etdiyimiz bıçaq sataşdı. Onu götürüb qonşumun qarşısına getdim.

"Niyə söyüş söyürsən?” soruşan Zakirə 2 dəfə zərbə vurdum. İçəri daxil olan Balababa masanın üzərindəki boşqabı götürüb mənə atıb. Boşqab başıma dəyib yerə düşdü. Zakirin bacısı Mətanət də mənə hücum edərək, əl atdı. Onlar köməkləşib yerdə uzanan Zakiri evdən çıxararaq, həkimə apardılar. Bundan sonra qapını bağladım. Bıçağı masanın üzərinə qoydum. Nigarla uşağı təcili qohumlarımgilə apardım. Telefonda polis əməkdaşı ilə danışandan sonra, Yeni Suraxanı dairəsinə gələrək, təslim oldum”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mətanət Dadaşova ifadəsində göstərib ki, oktyabrın 29-u saat 23 radələrində övladları ilə yataq otağında olanda, çöldən uca səslər eşidib:

"Qardaşım Zakir mətbəxin pəncərəsini açanda, qonşumuz Anarın evindən qışqırıq səsləri gəlirdi. Anar pəncərəni açıb bizə tərəf baxanda Zakir onun sərxoş olduğunu hiss etdi və ona baş qoşamamaq üçün çəkilib masa arxasında oturdu.

Pəncərənin qarşısında özüm tək qalanda Anar "Zakirin niyə onun pəncərəsini döydüyünü?” soruşdu. Dedim ki, "Əgər qardaşım pəncərəni döyübsə, deməli səni axtarıb”. Pəncərəni bağlamaq istəyəndə Anar yüksək səslə ailə üzvlərimi söyməyə başladı.

"Ana söyüşlərini” eşidən Zakir dərhal Anarın evinə tərəf qaçdı. Mən və ata da arxasınca getdik. Anar əlindəki bıçaqla Zakirin qarnına zərbə vurdu.

Qardaşım buna mane olmaq üçün Salmanovun biləklərindən tutmuşdu. Bütün bunlar qısa zaman kəsiyində baş verdi. Zakiri dirsəyimlə Anardan kənarlaşdırdım. Qardaşımın sinəsindən qan axırdı. Xəstəxanaya çatanda həkimlər müayinə edərək, Zakirin öldüyünü bildirdilər”.

Şahid Nigar Məmmədli bildirib ki, oktyabrın 29-da Anar pəncərədən Zakiri söyüb, qarşı tərəf də öz növbəsində Anarı söyüb:

"Mübahisənin nəyə görə başladığını bilmirəm. 1-2 dəqiqədən sonra Zakir evimizə girərək Anarla dalaşmağa başladı. Anarın Zakiri vurduğunu görmədim.

Yalnız Zakirin bacısı qardaşının bıçaqlandığını deyib qışqıranda digər otaqdan gəldim. Zakiri qapının yanında, uzanmış vəziyyətdə gördüm. Hadisədən sonra Anar dedi ki, arvadından boşanıb mənimlə evləndiyinə görə, Zakir daim onu ələ salırdı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Salmanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə
12:53 30.07.2026
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə
Yüksək sürətin qurbanı olan Adilin - Fotosu
12:50 30.07.2026
Yüksək sürətin qurbanı olan Adilin - Fotosu