Arvadını avtomobildə vəzifəli şəxslə tutdu, 17 bıçaq vurdu

Arvadını avtomobildə vəzifəli şəxslə tutdu, 17 bıçaq vurdu
KRİMİNAL
11:50 10.01.2023
971
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rahib Yunusovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2022-ci il sentyabrın 28-i saat 14 radələrində Sumqayıt bulvarı ərazisində 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğunda aparılan araşdırmalarla şəhər sakini, 1978-ci il təvəllüdlü Rahib Yunusovun İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İttihama görə, hadisə namus üstündə baş verib.

Belə ki, 2017-ci ildən Sumqayıt şəhəri Telefon qovşağında Cari planlama sektorunun müdiri vəzifəsində çalışan İlkin İbişovla Rahibin rəsmi olaraq boşandığı, lakin birlikdə yaşadığı həyat yoldaşı Sona (şərti) evə internet xətti çəkdirən zaman tanış olub. Onlar "WhatsApp” vasitəsilə yazışanda Rahib keçmiş arvadından şübhələnib. Xüsusi proqram vasitəsilə ilə həyat yoldaşının "WhatsApp”ını izləyib.

Hadisə günü evdən işə getmək adı ilə çıxıb, lakin çöldə gözləyib. Bu zaman İlkin onların evlərinin qarşısında "Mercedes-Benz” markalı avtomobilini saxlayıb. Arvadı ilə azyaşlı qızı maşına əyləşib və onlar ərzindən uzaqlaşıblar. Rahib isə taksiyə əyləşərək maşını onların arxası ilə sürdürüb. İlkin əvvəl məktəbin qarşısında avtomobili saxlayıb, Rahibin qızı məktəbə gedib. Sonra onlar dənizkənarı bulvara gəlib. Sona maşından düşüb qarşı tərəfdə əyləşib. Rahib "Mercedes-Benz”ə yaxınlaşanda o, İlkinin arvadının əlindən tutduğunu görüb. Bu zaman o, maşının qapısını açaraq İlkinin yaxasından tutub çölə çıxardıb. Sona isə avtomobildən düşürərək qaçıb. Dava zamanı Rahib İlkinə ümumilikdə 17 bıçaq zərbəsi vurub.

Daha sonra xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.
 
///Pravda.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır