ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək

ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək
İQTİSADİYYAT
21:20 18.10.2021
474
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) xarici sularda fəaliyyətinin genişləndirilməsi və bir bazardan asılılığın aradan qaldırılmasına yönəlik davamlı tədbirlər həyata keçirir. Bu istiqamətdə işlərin Prezident İlham Əliyevin tapşırığı ilə Gəmiçiliyin Strateji inkişaf planına əsasən gerçəkləşdirilməsi nəzərdə tutulur.

Bu barədə AZXEBER.COM-a ASCO-dan bildirilib.

Məlumata deyilir ki, ASCO artıq 7 ildir, fasiləsiz olaraq Xəzərdən kənar beynəlxalq sularda da gəmilərin istismarı ilə məşğuldur. Məhz, 2014-cü ildə ilk dəfə "Natəvan” və "Üzeyir Hacıbəyli” quru yük gəmilərinin istifadəyə verilməsi ilə xarici sularda fəaliyyət bərpa olunub, sonrakı illərdə bu gəmilərin sıraları genişləndirilib. Hazırda Qara və Aralıq dənizi hövzələrində ASCO-ya məxsus həm quru yük, həm də tanker gəmiləri yükdaşımalar həyata keçirirlər.

ASCO-nun Xəzərdən kənarda fəaliyyətinin genişləndirilməsi məqsədilə beynəlxalq bazarlar mütəmadi öyrənilir və potensial fəaliyyət istiqamətləri qiymətləndirilir. Bu çərçivədə 2020-ci ildə beynəlxalq aparıcı məsləhətçi şirkət "McKinsey” ilə birgə ASCO-nun 2030-cu ilə qədər dövrü əhatə edən Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi strategiyası hazırlanıb.

Strategiyaya əsasən, ASCO Qara və Aralıq dənizi hövzələrindən əlavə, Baltik və Şimal dənizlərində də yükdaşıma fəaliyyəti göstərməyə hazırlaşır. Bu məqsədlə həmin bazarlar, orada yükdaşımalara cəlb edilməsi mümkün olan gəmi tipləri, sözügedən hövzələrdə fəaliyyət göstərmək üçün gəmilərə qoyulan tələblər və digər mühüm aspektlər ətraflı təhlil olunub.

Bu bazarlara daxil olmaq üçün həmin hövzələrdə təsnifat cəmiyyətləri, gəmilərin daxil olacağı limanlar və digər aidiyyatı tənzimləyici qurumların sərt tələbləri, o cümlədən bayraq tələbləri mövcuddur. Hazırda ASCO tərəfindən bu istiqamətdə işlər davam etdirilir və bir bazardan asılılığın azaldılması siyasətinə uyğun bir neçə gəminin həmin hövzələrə çıxarılması planlaşdırılır. Həmin bazarlarda ASCO-nun rəqabət qabiliyyətinin təmin edilməsi, əməliyyat xərclərinin optimallaşdırılması, yarana biləcək hər hansı məhdudiyyətlərin aradan qaldırılması məqsədilə tələblərə, o cümlədən bayraq tələblərinə uyğun hazırlıq işləri aparılır. Gəmilərin istismarı zamanı üstünlük şərtlərindən asılı olaraq, bu gəmilər Avropa (Portuqaliya, Malta və s.) və ya beynəlxalq gəmiçilik təcrübəsinə əsasən gəmi qeydiyyatı üçün cəlbedici şərait yaradılan digər zonalarda istismara veriləcək.

Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi və bununla da, yerli gəmiçilik xidmətlərinin ixracı ilə ölkəyə kənardan daxilolmalara töhfə verilməsi ASCO-nun əsas hədəflərindən biridir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
14:05 21.10.2026
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
14:04 21.10.2026
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
14:03 21.10.2026
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
13:54 21.10.2026
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
13:45 21.10.2026
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:37 21.10.2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
13:35 21.10.2026
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
13:34 21.10.2026
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ