ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR

ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
SOSİAL
20:04 19.06.2025
933
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Minsk şəhərinə, BRSM Konfrans zalında Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan-Belarus Gənclər Forumu” layihəsi çərçivəsində ilk tədbirini reallaşdırıb.

Forumdan öncə BRSM-nın çoxsahəli  fəaliyyəti ilə bağlı ekskursiya təşkil edilib. Forumu giriş sözü ilə BRSM rəhbəri, Belarus Parlamentinin deputatı Lukyanov Aleksandr Sergeyeviç açaraq Belarus-Azərbaycan əlaqələrindən, gənclərlə bağlı həyata keçirilən layihələrdən danışıb.

Daha sonra ASGA sədri Səbuhi Abbasov çıxış edərək Forumun hər iki ölkə gəncliyi üçün faydalı olacağını dedi: "Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi gəncıərin beynəlxalq əməkdaşlığı istiqamətinə hər zaman xüsusi diqqət ayırıb. Bu mənada bu gün reallaşan forumun Bakıda davam etməsini vacib hesab edirik. Forum hər iki ölkə gəncliyi üçün yeni bir platforma rolunu oynayacaqdır.”

Forumda məruzə ilə çıxış edən "İslahatçı Gənclər” İB-nin sədri Fərid Şahbazlı hər iki ölkə liderinin sıx, səmimi dostluq əlaqələrinin ölkələrimiz arasında münasibətlərə ciddi tövhə verdiyini bildirdi. F.Şahbazlı qeyd etdi ki, Belarusun 44 Günlük Vətən müharibəsi dövründə Azərbaycana verdiyi dəstəyi xalqımız hər zaman hörmətlə xatırlayır.

Daha sonra Azərbaycan Mətbuat Şirasının İH-nin üzvü, "Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli çıxış edərək hər iki ölkə gənclərinin media sahəsində əməkdaşlığının vacib oıduğunu dedi.
MDU-nun müəllimi, fəlsəfə doktoru, gənc alim Müşfiq Hüseynov çıxış edərək Belarus və Azərbaycan gənclərinin elm sahəsində əməkdaşlığının perspektivlərindən danışdı.

Daha sonra Belarus Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi Kozloviç Stefania Andreevna, "Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti” təhsil müəssisəsinin tələbəsi Trikoza Ekaterina Vladislavovna, "BRSM” ictimai təşkilatı MK-nın təşkilati-kadr, hüquq işi və beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq əməkdaşlıq sektorunun baş mütəxəssisi Qrişenko Zlata Vladimirovna, Belarus Respublikası Milli Məclisi Respublika Şurasının üzvü Lukyanov Aleksandr Sergeyeviçin köməkçisi Qrinçik Mixail Anatolyeviç çıxış edərək Azərbaycan-Belarus əlaqələrindən, Forumun əhəmiyyətindən danışdılar.

Sonra Forum iştirakçılarına sertifikatlar, suvenirlər və geyim hədiyyələri təqdim edildi.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır