AZXEBER.COM Baku TV-yə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şagirdlərin valideynləri bıçaqla bağlı iddiaları qəti şəkildə inkar edirlər.
Valideynlərdən biri hadisəni belə izah edib: "Burada bıçaqlanma olmayıb, sadəcə məftil batıb. Onların hər üçü dostdur. Uşaq hər zaman bizə gəlir. Zarafatlaşıblar, nəticədə məftil batıb. Bıçaq söhbəti olmayıb. Hadisə tənəffüs zamanı baş verib".
Digər valideyn isə bildirib ki, uşaqların arasında düşmənçilik yoxdur: "Bunlar zarafatlaşıblar, uşağın böyrünə məftil girib. Bıçaq ümumiyyətlə olmayıb. Onlar bir yerdə oturub-duran uşaqlardır. Uşaq xəstəxanaya müraciət edib, lakin ciddi bir hal yoxdur".











































