Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
SOSİAL
16:33 19.11.2026
60
Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzv ölkələrinin parlamentlərinin Səhiyyə komitələri üzvlərinin 3-cü iclası baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, iclasın gündəliyinin əsas mövzusu "TÜRKPA üzv dövlətlərinin parlamentləri arasında rəqəmsal səhiyyənin inkişafı və səhiyyədə süni intellektin tətbiqi” olub.
 
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər iştirak edərək mövzu ətrafında müzakirələr aparıblar. Tədbirdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov geniş məruzə ilə çıxış edib. O, rəqəmsallaşma və süni intellekt texnologiyalarının müasir səhiyyə sistemindəki əvəzsiz rolunu vurğulayaraq bildirib: "Bu gün rəqəmsallaşma və süni intellekt səhiyyənin inkişafında mühüm rol oynayır.
 
Bu texnologiyalar tibbi xidmətlərin keyfiyyətini artırır, xəstəliklərin erkən aşkarlanmasına və səhiyyə resurslarından daha səmərəli istifadəyə imkan yaradır”. Komitə sədri Azərbaycanda rəqəmsal səhiyyə quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb və ölkəmizdə tətbiq edilən yenilikləri iclas iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, 2024-cü ildən istifadəyə verilən Rəqəmsal Resept sistemi həkim reseptlərinin elektron qaydada yazılmasını və aptek şəbəkələri ilə tam inteqrasiyasını təmin edir.
 
2025-ci ildən icrasına başlanılan "Tibbi rəqəmsal əkiz" – Elektron Sağlamlıq Kartı sistemi isə gələcəkdə süni intellektin tətbiqi üçün mühüm texnoloji baza formalaşdırır. Bundan əlavə, ölkədə tətbiq olunan elektron xəstəlik vərəqələri kağız dövriyyəsini azaldaraq inzibati prosesləri sadələşdirir. Həmçinin donorlar və resipiyentlər üzrə vahid informasiya sistemi yaradılıb, elektron epikriz sisteminin isə yeni versiyası istifadəyə verilib.
 
Süni intellektin tibbi görüntülərin təhlili, onkoloji və ürək-damar xəstəliklərinin erkən diaqnostikası, eləcə də risk qruplarının müəyyən edilməsində geniş perspektivlər açdığını deyən akademik Əhliman Əmiraslanov etik və hüquqi tənzimləmələrin vacibliyinə də toxunub: "Süni intellekt həkimi əvəz etməməli, onun fəaliyyətinə kömək göstərən vasitə olmalıdır. Eyni zamanda, şəxsi tibbi məlumatların qorunması, kibertəhlükəsizlik, məlumatların və süni intellektin istifadəsinə görə məsuliyyət məsələləri xüsusi diqqətdə saxlanılmalıdır. Bu baxımdan parlamentlərin üzərinə mühüm vəzifələr düşür.
 
Biz həm innovasiyaların inkişafına şərait yaratmalı, həm də pasiyentlərin hüquqlarını və tibbi xidmətlərin keyfiyyətini qoruyan qanunvericilik bazası formalaşdırmalıyıq”. İclas çərçivəsində üzv ölkələrin nümayəndələri rəqəmsal səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nizami Cəfərov Qocatürkün müdafiəsi üçün Prezidentə müraciət edibmiş – Məktub faciədən sonra yayıldı
16:45 19.11.2026
Nizami Cəfərov Qocatürkün müdafiəsi üçün Prezidentə müraciət edibmiş – Məktub faciədən sonra yayıldı
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
16:33 19.11.2026
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
“Xarici rektorlar da Elçin Babayevin təkəbbüründən narazı qalmışdı” - Fərid Şahbazlı
16:24 19.11.2026
“Xarici rektorlar da Elçin Babayevin təkəbbüründən narazı qalmışdı” - Fərid Şahbazlı
Şadlıq sarayı, hotel, restoran, mağaza... – FHN bu il daha nələri bağlayıb?
16:22 19.11.2026
Şadlıq sarayı, hotel, restoran, mağaza... – FHN bu il daha nələri bağlayıb?
Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirildi
16:07 19.11.2026
Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirildi
Liftin qapısı açılana qədər: bir ideyanı 30 saniyədə necə təqdim edək?
16:05 19.11.2026
Liftin qapısı açılana qədər: bir ideyanı 30 saniyədə necə təqdim edək?
Məşhur futbolçu karyerasını bitirdi
16:02 19.11.2026
Məşhur futbolçu karyerasını bitirdi
FHN məşhur mebel mağazasını bağladı: SƏBƏB
15:43 19.11.2026
FHN məşhur mebel mağazasını bağladı: SƏBƏB
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:39 19.11.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Rusiya, ABŞ və Çin dünyanı yenidən bölüşdürür? - AÇIQLAMA
15:24 19.11.2026
Rusiya, ABŞ və Çin dünyanı yenidən bölüşdürür? - AÇIQLAMA
Paşinyan niyə istefa verməyi düşünür? - SƏBƏB
15:20 19.11.2026
Paşinyan niyə istefa verməyi düşünür? - SƏBƏB
Mühüm təyinatla bağlı DİM niyə paylaşım etmir?
15:12 19.11.2026
Mühüm təyinatla bağlı DİM niyə paylaşım etmir?
Qırmızı Ürəklər Fondunun “Zəfər Payı” xeyriyyə aksiyası uğurla yekunlaşdı
15:10 19.11.2026
Qırmızı Ürəklər Fondunun “Zəfər Payı” xeyriyyə aksiyası uğurla yekunlaşdı
QS Dayanıqlılıq Reytinqində Azərbaycan universitetlərinin sayı artıb
15:05 19.11.2026
QS Dayanıqlılıq Reytinqində Azərbaycan universitetlərinin sayı artıb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
14:51 19.11.2026
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Paşinyan: Ermənistan İran nefti əsasında neft emalı zavodunun layihəsini tərtib etməyə hazırdır
14:21 19.11.2026
Paşinyan: Ermənistan İran nefti əsasında neft emalı zavodunun layihəsini tərtib etməyə hazırdır