Astroloq Dinçer Güner Ayın Qız bürcündə "boşluqda” hərəkət etdiyi dövrə diqqət çəkib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, bu təsir sabah saat 17:19-dək davam edəcək. Sözügedən müddətdə iş həyatında xırda problemlər, gecikmələr, unutqanlıq və diqqətsizliklərin artması mümkündür.
Astroloq bildirib ki, bu dövrdə yeni layihələrə başlamaq, mühüm qərarlar vermək və uzunmüddətli planları dəqiqləşdirmək əvəzinə yarımçıq qalan işləri tamamlamaq daha məqsədəuyğundur.
Günerin fikrincə, iş masasını və sənədləri qaydaya salmaq, görüləcək işlər siyahısını nəzərdən keçirmək və uzun müddətdir təxirə salınan məsələləri yekunlaşdırmaq üçün bu vaxtdan istifadə etmək olar.
O həmçinin qeyd edib ki, bu müddətdə insanlar kiçik problemlərə olduğundan daha çox əsəbiləşə bilərlər. Gecikən mesaj, unudulan görüş və ya işdəki xırda səhvlər daha ciddi görünə bilər.
Astroloqun sözlərinə görə, sağlamlıqla bağlı məsələlərdə də internetdə simptomları araşdıraraq özünə diaqnoz qoymaqdan və əsassız narahatlıqdan uzaq durmaq lazımdır.
Gülay











































