AtaBank Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşdü - FOTOLAR

İQTİSADİYYAT
14:46 08.11.2019
8629
"AtaBank" ASC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 2019-cu il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını Bayraq gününə həsr etdi.
 
AZXEBER.COM xəbər verir ki, bank tərəfindən Binəqədi rayonu, Hüsü Hacıyev küçəsi 23 ünvanında yerləşən "Təmiz Dünya” İB-nin nəzdində Qadın və Uşaq sığınacağını ziyarət etdi.

Bank heyəti sığınacaqda məskunlaşan uşaqları 9 Noyabr Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək onlara müxtəlif rəssamlıq ləvazimatları və şirin sovqat hədiyyət etdi. Məlumat üçün bildirək ki, "Təmiz Dünya” Qadınlara Yardım İB 1999-cu ildə Mehriban Zeynalova tərəfindən təsis edilib və 2002-ci ildən çətin həyat şəraitinə düşmüş qadın və uşaqlar üçün sığınacaq xidməti fəaliyyətini göstərir. Hazırda təşkilatın rəhbərliyini Mehriban xanımın qızı Elnurə Zeynalova müvəffəqiyyətlə davam etdirir.

Ziyarət ilə əlaqədar "AtaBank" ASC-nin Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov bildirdi: "Bu cür tədbirlər məişət zorakılığından əziyyət çəkmiş və ya valideyn himayəsindən məhrum olan uşaqların ehtiyac və arzularına diqqət yetirmək, onları sevindirmək məqsədi ilə keçirilir. Lakin bu gün ən böyük sürpriz bizim onlara bəxş etdiyimiz sevinc yox, onların bizə hazırladığı şeirlər və əl işləri oldu.”

Hər zaman sosial məsuliyyətə önəm verən AtaBank-ın belə tədbirlərin təşkilini bundan sonra da davam etdirəcəyi qeyd edildi.

Tədbir zamanı bank əməkdaşları uşaqlarla birgə xatirə video və fotoşəkillər çəkdirdilər.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:39 28.09.2020

VPN-lə internetə daxil olanlar mütləq oxusun

22:32 28.09.2020

Ermənistanda 55 yaşınadək kişilərin ölkədən çıxışına qadağa qoyuldu

22:15 28.09.2020

İlham Əliyev BMT-nin baş katibi ilə videoformatda görüşdü

22:01 28.09.2020

Azərbaycanın Türkiyədəki səfiri: “Qarşımızda dayana bilməyəcəklər” - VİDEO

21:57 28.09.2020

Müsavat Partiyası və AXCP Qarabağ mövzusunda da kənarda qaldılar

21:48 28.09.2020

Leyla Abdullayeva: Kipr XİN-nin bəyanatı birtərəfli xarakter daşıyır və qərəzlidir

21:41 28.09.2020

AzTV işğaldan azad olunan Talış yüksəkliyinin görüntülərini yaydı - VİDEO

21:22 28.09.2020

Hikmət Hacıyev: Azərbaycan və Türkiyə bir-birini tərəddüdsüz dəstəkləyir

21:19 28.09.2020

Azərbaycanda komendant saatı başladı

21:08 28.09.2020

Ermənistan ordusunun generalı da öldürüldü

21:05 28.09.2020

Səbinə Əliyeva ermənilərin atəşə tutduğu bölgədə

21:03 28.09.2020

Düşmən tərəfindən atılan mərmilərdən biri Tərtərdə Polis Şöbəsinin həyətinə düşdü

20:43 28.09.2020

Azərbaycan və Ukrayna XİN rəhbərlərinin telefon danışığı oldu

20:40 28.09.2020

Komendant saatı üçün icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirildi

20:31 28.09.2020

Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu: Ölənlər və yaralananlar var

20:03 28.09.2020

Türk Şurası Qarabağ münaqişəsi ilə bağlı bəyanat yaydı

X Mostbet