“Atamın arvadımı qətlə yetirəcəyini düşünməzdim”

“Atamın arvadımı qətlə yetirəcəyini düşünməzdim”
HADİSƏ
03:46 08.07.2025
1138

Qobustan rayonunun Təklə kəndində törədilən qətlin təfərrüatları məlum olub.

Hadisə iyulun 6-da axşam saatlarında baş verib.

2001-ci il təvəllüdlü Günel Ağabəyli yaşadığı evdə bıçaqlanaraq öldürülüb. Onun qayınanası Sevil Ağayeva isə bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsi - mərhumun qayınatası, 1957-ci il təvəllüdlü Orucağa Ağayevi saxlayıb.

Qətlə yetirilən qadının həyat yoldaşı Tayfun Ağabəyli hadisə ilə bağlı Teleqraf-a danışıb.

T. Ağabəylinin sözlərinə görə, onların ailəsində ciddi problem olmayıb:

"Biz bir-birimizi sevərək ailə qurmuşduq. Aramızda heç bir söz-söhbət, narazılıq olmayıb. Amma son 15-20 gündə atamın psixoloji durumu yaxşı deyildi. Hər kəsə sataşırdı, əsəbi və gərgin davranırdı. Bunu hiss edirdik, amma belə bir şey edəcəyinə inanmazdım. Şokdayam. Mənim həyat yoldaşımı - heç bir günahı olmayan bir insanın bu şəkildə qətlə yetirəcəyini düşünməzdim...”.

Günel Ağabəylinin atası Rasim Qəhrəmanov isə deyib ki, cütlük uzun illər sevgi münasibəti yaşayıb və iki il əvvəl ailə qurublar. Ailələr arasında da heç bir narazılıq olmayıb:

"Hadisədən bir neçə saat əvvəl qızım və kürəkənim bizdə idilər. Oturduq, birlikdə yemək yedik. Heç bir narahatlıq yox idi. Onları özüm yola saldım. Bir saatdan sonra isə belə dəhşətli xəbər gəldi. Qızıma 18-19 bıçaq zərbəsi vurublar. Qızımın heç bir günahı yoxdur. Bəzi saytlar yazır ki, hadisə qısqanclıq zəminində olub - bu, tamamilə yalandır. Onlar bir yerdə musiqi məktəbində müəllim işləyirdilər, bir-birilərini sevirdilər. Sadəcə son vaxtlar kürəkənimin atasında psixoloji problemlər yaranıb”.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bəzi yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
19:17 30.08.2025
Bakıda bəzi yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Aİ-nin xüsusi nümayəndəsi Naxçıvana GETDİ
19:11 30.08.2025
Aİ-nin xüsusi nümayəndəsi Naxçıvana GETDİ
İlham Əliyevin Çinə səfəri şərəfinə xüsusi kortec  - VİDEO
19:04 30.08.2025
İlham Əliyevin Çinə səfəri şərəfinə xüsusi kortec - VİDEO
Aİ ölkələrinin XİN başçıları növbəti həftə Rusiyaya qarşı 19-cu sanksiya paketinə qayıdacaqlar
18:48 30.08.2025
Aİ ölkələrinin XİN başçıları növbəti həftə Rusiyaya qarşı 19-cu sanksiya paketinə qayıdacaqlar
Bakıda avtomobil piyadanı vurub, yolda sıxlıq yaranıb
18:21 30.08.2025
Bakıda avtomobil piyadanı vurub, yolda sıxlıq yaranıb
“Neftçi” legionerini icarəyə verdi
18:12 30.08.2025
“Neftçi” legionerini icarəyə verdi
Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək
17:52 30.08.2025
Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan çay idxalını azaldıb, ixracını artırıb
17:32 30.08.2025
Azərbaycan çay idxalını azaldıb, ixracını artırıb
"Formula - 1" yarışlarına görə məktəblər gec başlayacaq? - Rəsmi CAVAB
17:28 30.08.2025
"Formula - 1" yarışlarına görə məktəblər gec başlayacaq? - Rəsmi CAVAB
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib
17:17 30.08.2025
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib
Azərbaycanda nağdsız ödənişlərin 87 %-dən çoxu elektron ticarətin payına düşüb
16:52 30.08.2025
Azərbaycanda nağdsız ödənişlərin 87 %-dən çoxu elektron ticarətin payına düşüb
“Uber”də minimal məbləğ 4 AZN, "Bolt”da isə 3,50 AZN oldu
16:32 30.08.2025
“Uber”də minimal məbləğ 4 AZN, "Bolt”da isə 3,50 AZN oldu
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:27 30.08.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Azərbaycan Prezidenti İlham Əliyev Çində işgüzar səfərdədir
16:17 30.08.2025
Azərbaycan Prezidenti İlham Əliyev Çində işgüzar səfərdədir
Lamin Yamaldan azərbaycanlı futbolçunun "Barselona"ya transferinə REAKSİYA
16:09 30.08.2025
Lamin Yamaldan azərbaycanlı futbolçunun "Barselona"ya transferinə REAKSİYA
Məsud Pezeşkian Armen Qriqoryanla Tehran və İrəvan arasındakı münasibətləri müzakirə edib
15:59 30.08.2025
Məsud Pezeşkian Armen Qriqoryanla Tehran və İrəvan arasındakı münasibətləri müzakirə edib