08:53 Cümə Axşamı, 23 Yanvar 2020
SOSİAL

Küçədə atası ilə birlikdə zibil yığan Anjelina ilə bağlı XOŞ XƏBƏR - FOTO

15:08, 23.09.20195110
Küçədə atası ilə birlikdə zibil yığan Anjelina ilə bağlı XOŞ XƏBƏR - FOTO
Atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelina təhsilə cəlb olunub. 

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov yayıb.

Bildirib ki, Raskopa Anjelinanın Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub:
 
"Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məktəbli ləvazimatları və çanta ilə təmin edib. Həmçinin, məktəbliyə yeni dərsliklər verilib.

Məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq.

Bir daha valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının heç bir halda məktəbə qəbulunu yubatmasınlar. Dövlətin yaratdığı təhsil imkanları hamı üçündür və hər bir uşağın məktəbə cəlb olunması, hərtərəfli vətəndaş kimi yetişməsi ümumilikdə cəmiyyətin uğurudur”. 
 

 

 

 

 

 



WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ