“Atəşgah” Sığorta əməkdaşları IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya edib - FOTOLAR

“Atəşgah” Sığorta əməkdaşları IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya edib - FOTOLAR
İQTİSADİYYAT
14:37 30.09.2022
692
"Atəşgah” Sığorta "4 ayaqlı dostlarımıza dəstək” sosial layihəsi çərçivəsində növbəti addım atıb. Belə ki, IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya edilib, mərkəzdə mühafizə olunan 4 ayaqlı dostlarımız ziyarət edilib və yemlə təmin olunublar. 

AZXEBER.COM xəbər verir ki, ekskursiya zamanı Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən təməli qoyulan və 2017-ci ildən rəsmi fəaliyyətə başlamış IDEA Heyvanlara Qayğı Mərkəzinin yaranması haqqında məlumat verilib.
 
Daha sonra Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq və karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu barədə məlumat verilməklə hər bir obyektin təqdimatı olub.
Xatırladaq ki, "4 ayaqlı dostlarımıza dəstək” 2022-ci ilin əvvəlindən start götürən korporativ sosial məsuliyyət layihəsi idi və silsilə tədbirlərlə davam etdiriləcəyi bildirilmişdi. Layihənin ilk mərhələsi çərçivəsində sahibsiz küçə heyvanları üçün evciklər hazırlanmış və bu evciklər yemlik qabları və yemlə təmin olunmuşdu. Evciklərin biri  "Atəşgah” Sığorta Qrupunun Baş ofisi qarşısında, digər evciklər isə şəhərin müxtəlif məkanlarında yerləşdirilmişdi.

Cəmiyyətə, ətraf-mühitə faydalı addımlar atmaq, sosial məsuliyyətlərimizi dərk etməyin hər bir şəxsin və toplumun borcu olduğunu iddia edən "Atəşgah” Sığorta Şirkəti  bugünədək sosial məsuliyyətlərinə diqqətli yanaşmış, növbəti fəaliyyət dövrü ərzində də bunu davam etdirəcəyi barədə açıqlama etmişdir.

Qeyd edək ki, yüksək etibarlılıq imicinə  malik olan "Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.
 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?