ATGTİ ekoloji aksiya keçirəcək

GƏNCLİK
05:44 16.06.2011
1958

ATGTİ-dən AZXEBER.COM-a daxil olan məlumata görə, qeyd edilmiş problemə cəmiyyətin diqqətini cəlb etmək, onu qabartmaq məqsədilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Ekologiya işçi qrupu yeni təşəbbüslə çıxış edib. Belə ki, Ekologiya işçi qrupunun fəalları 17 iyun 2011-ci il tarixində, saat 16: 30-da “Səhralaşmaya inad, yaşasın həyat!” adlı geniş ekoloji aksiya həyata keçirəcəklər.

Aksiya çərçivəsində iki qrupa bölünmüş gənclər paytaxtın 2 müxtəlif istiqamətində hərəkət edərək əllərində səhralaşmaya qarşı mübarizəyə səsləyən banerlər gəzdirəcək və şəhər sakinlərinə səhralaşma ilə bağlı hazırlanmış xüsusi məlumat bukletləri paylayacaqlar.

Qeyd edək ki, bütün iştirakçılar Qız Qalasının yanında toplaşaraq 2 qrupa ayrılacaqlar. 1-ci qrup “Park Bulvar” Ticarət Mərkəzinin qarşısından “Xaqani” Ticarət Mərkəzinə doğru, 2-ci qrup isə Filarmoniya bağından “Azərbaycan” Kinoteatrının qarşısına doğru hərəkət edəcək.

 

OXŞAR XƏBƏRLƏR