Bu gün ATGTİ-nin yaranmasından 2 il keçir.AZXEBER.COM-un məlumatına görə, ATGTİ-nin sədri Şahin İsmayılov bu günə kimi təşkilata dəstək olan hər kəsə minnətdarlığını bildirib: "Ölkəmizdə reallaşdırılan gənclər siyasətində ATGTİ çox önəmli rola sahibdir. 2 il ərzində təşkilatımız ölkəmizin QHT və gənclər sektorunda öz sözünü demiş, regionun ən geniş və nüfuzlu tələbə təşkilatına çevrilmişdir. Təşkilatımız adından bu müddət ərzində bizimlə çalışan, bizə dəstək olan, uğurlarımıza sevinən bütün Ali təhsil müəssisələrinin rektorlarına, universitetlərin TGT-lərinə, KİV-lərə və digər QHT təşkilatlarının nümayəndələrinə öz minnətdarlığımızı bildirərək, gələcəkdə daha böyük uğurlara imza atacağımıza əminik"AZXEBER.COM xəbər portalı olaraq ATGTİ-ni təbrik edirik. Hər zaman layihələrinizlə, yeniliklərinizlə gəncləri sevindirəsiz.