Avropa çempionatında gümüş medal qazandı

Avropa çempionatında gümüş medal qazandı
İDMAN
21:19 14.05.2026
183
Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında gümüş medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici final görüşündə ukraynalı Olena Kolubay ilə qarşılaşıb. Görüş rəqibin 10:0 hesablı qələbəsi ilə başa çatdığı üçün idmançımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, qitə birinciliyinə mayın 17-də yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR