Avropada COVID-19 qurbanlarının sayı bir milyonu keçdi

SAĞLAMLIQ
18:52 15.04.2021
395
Avropada COVID-19-dan ölənlərin sayı bir milyonu keçib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin rəhbəri Hans Klüqqe brifinq zamanı bu barədə məlumat verib.

"Bölgədə vəziyyət ciddidir. Hər həftə 1,6 milyon yeni yoluxma qeydə alınır. Bu, hər saat 9 500 və ya dəqiqədə 160 nəfərin yoluxması deməkdir”, - o qeyd edib.

H.Klüqqe bu günə qədər Avropanın COVID-19 əleyhinə yeddi növ peyvəndin 171 milyon dozası ilə təmin olunduğunu xatırladıb.

Avropa əhalisinin, demək olar ki, 13 faizi peyvəndin birinci dozasını və 7 faizi isə hər iki dozanı alıb.

OXŞAR XƏBƏRLƏR