Avropada istidən ölənlərin sayı artdı

Avropada istidən ölənlərin sayı artdı
DÜNYA
14:49 25.06.2026
451
Avropada davam edən güclü istilik dalğası bir çox ölkədə təhlükə səviyyəsinin yüksəlməsinə səbəb olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Belçikada isti hava xəbərdarlığı elan edilib.
 
 Fransada isə temperaturun 40 dərəcəyə çatması ilə 58 bölgədə "qırmızı xəbərdarlıq” səviyyəsi tətbiq olunub.

Rəsmi məlumatlara görə, Fransada 18 iyundan bəri azı 40 nəfər boğulma nəticəsində həyatını itirib. Havanın normadan xeyli isti keçməsi meşə yanğınları riskini də artırıb.

İngiltərədə bəzi bölgələrdə "qırmızı xəbərdarlıq” elan olunub. İsveçrənin bir çox ölçmə məntəqəsində isə iyun ayı üzrə temperatur rekordları qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, istilik dalğasının davam etməsi gözlənilir və xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliyi olan şəxslər üçün risk yüksəkdir.
 
Aysel
OXŞAR XƏBƏRLƏR