AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, yeni qaydalara əsasən, silahlı münaqişədə iştirak edən ölkə müsabiqənin qalibi olarsa, növbəti il "Avroviziya"nı öz ərazisində keçirə bilməyəcək.
Yeni qaydaya görə, qalib ölkədə və ya ona birbaşa bitişik regionda "həssas geosiyasi vəziyyət" təhlükəsizlik və sabitliyə təhdid yaradarsa, həmin ölkə müsabiqəyə ev sahibliyi etmək hüququndan məhrum ediləcək.
Qaydalardakı yenilik İsrailin Qəzzada və Yaxın Şərqdə apardığı hərbi əməliyyatlara görə tənqidlərə baxmayaraq, "Avroviziya"da iştirakını davam etdirməsinə reaksiya kimi qiymətləndirilir.











































