Avtomobil sexində baş verən yanğın - VİDEO

Avtomobil sexində baş verən yanğın - VİDEO
Bütün Xəbərlər
17:26 08.04.2013
911
Yanğın hadisəsi Cəlilabad şəhər M.Hüseyn küçəsində yerləşən Rövşən Mirzəzadəyə məxsus avtomobil təmiri sexində baş verib. Ümumi sahəsi 130 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanmış 1 ədəd “Mercedes” və 2 ədəd “VAZ” markalı minik avtomobillər tamamilə yanaraq yararsız hala düşüb. Sex sahibinin sözlərinə görə, yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verməsi istisnadır: “Bura ancaq dayanacaq kimi istifadə olunub. Maşınların akkumulyatorları üstündə olmayıb”.Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları yanğının genişlənməsin qarşısını alıblar. Sexdə olan digər 2 “VAZ” markalı avtomobil yanğından mühafizə oluna bilib. Ümumilikdə, vətəndaşa 35 min manatdan çox maddi ziyan dəydiyi bildirilir. Yanğın hadisəsinin qəsdən və ya təsadüfən baş verməsi araşdırmaların sonunda məlum olacaq.
OXŞAR XƏBƏRLƏR