BAKU AZƏRBAYCAN
11°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Aygün Kazımova təkzib etdi

Aygün Kazımova təkzib etdi
MAQAZİN
10:10 21.09.2012
1464
Xalq artisti AFFA-nın adından dezinformasiya yayanlara sərt cavab verib.Milli.Az xəbər verir ki, bu gün bir neçə saytda Azərbaycanın xalq artisiti Aygün Kazımovanın FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-də qızlardan ibarət milli yığmamıza dəstək üçün ifa etdiyi "Qol" mahnısına çəkilmiş klipinin Azərbaycan Futbol Federasiyaları Asossiasiyaları (AFFA) tərəfindən bəyənilməməsi barədə dezinformasiya yayılıb.Milli.Az-a açıqlama verən Aygün xanım möhtəşəm layihəsinə kölgə salmaq istəyənləri qınadı. Hətta onlara sərt cavab verməyə gecikmədi: "Bu təxribatın kimlər tərəfindən və nə üçün ortaya atıldığını bilmirəm. Amma AFFA layihəmiz başlayan gündən bizə dəstək olub.Futbolçu qızlarımızın iştirakı ilə çəkilən klipin komandamıza stimul mənbəyi olması çoxlarına yaxşı məlumdur. Azərkeşlər də bu "Qol" mahnısını himn kimi əzbərləyiblər. Ar olsun təxribat yaradanlara. Ayıb olsun yalançı informasiyaları yayan və yazanlara. Başqa nə deyə bilərəm?

OXŞAR XƏBƏRLƏR