AYİB Azərbaycan bazarına Bank Respublika ilə qayıtdı

İQTİSADİYYAT
10:09 13.12.2019
2508
Uzun fasilədən sonra artıq üçüncü nəhəng beynəlxalq maliyyə təşkilatı Azərbaycan maliyyə bazarına Bank Respublika ilə qayıtdı!
 
Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanda aqro, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı iki böyük kredit sazişi imzalayıb. İmzalanma mərasimində Avropa İttifaqı (Aİ) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) nümayəndələri də iştirak ediblər.

AZXEBER.COM xəbər verir ki, ilk razılaşma Aİ və AYİB-in təşəbbüsü ilə həyata keçirilən AZAFF kənd təsərrüfatı layihəsi çərçivəsində bağlanıb. Layihə çərçivəsində sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi, texniki yardımın göstərilməsi, maarifləndirici işlərin görülməsi və digər dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İkinci kredit müqaviləsi Bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab olunan kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə bağlanıb. Cəlb olunmuş vəsait regionlarda, xüsusən də kənd yerlərində fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinə yönəldiləcəkdir. Hər iki kredit milli valyutada təqdim ediləcək ki, bu da yerli sahibkarlara valyuta risklərindən yan keçməyə imkan verəcək.

Qeyd edək ki, bu Bankın cari ildə beynəlxalq maliyyə təşkilatı ilə bağladığı sayca üçüncü böyük müqavilədir. Bu isə, banka  beynəlxalq maliyyə bazarında olan yüksək etimadın göstəricisidir. 2019-cu ildə Bank Respublika Hollandiya İnkişaf Bankı (FMO) ilə kredit sazişi və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə valyuta-svopu müqaviləsi bağlayıb.

"AYİB-in Azərbaycanın maliyyə bazarına qayıtması, uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində ölkə iqtisadiyyatında əlverişli investisiya mühitinin yarandığından xəbər verir.  AYİB-in Azərbaycanda beynəlxalq layihələrin həyata keçirilməsi məqsədilə əsas tərəfdaş kimi "Bank Respublika”nı seçməsi bizim banka olan yüksək etimadın göstəricisi eləcə də, Azərbaycanın mikro, kiçik və orta biznes seqmentinin liderlərindən biri olmasının daha bir təsdiqidir. İmzalanan saziş, sahibkarlığa, xüsusən də regionlarda kənd təsərrüfatının inkişafı üçün kredit dəstəyini gücləndirməyə imkan verəcəkdir”, - deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

 

 

 



Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:24 19.09.2020

Ermənistan PKK terrorçularını işğal altındakı Dağlıq Qarabağa yerləşdirir - VİDEO

20:13 19.09.2020

Vilayət Eyvazov polis kapitanını rəis təyin etdi

19:30 19.09.2020

“Sən kimsən ki, bizimlə şərt dilində danışırsan” - Prezidentdən Paşinyana

19:20 19.09.2020

"İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir"

19:15 19.09.2020

"Neftçi" "Başakşehir"in futbolçusunu icarəyə götürdü

19:02 19.09.2020

“Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!”

18:39 19.09.2020

Taleh Yüzbəyov: AFFA-nı qınamaq düzgün deyil - VİDEO

18:12 19.09.2020

"Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir"

17:49 19.09.2020

Təhsil naziri intihar edən 27 yaşlı müəllimdən yazdı

17:29 19.09.2020

MAG 9-cu mövsümünə start verir - VİDEO

17:22 19.09.2020

İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir

17:06 19.09.2020

Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

16:56 19.09.2020

Azərbaycanda daha 148 nəfər koronavirusa yoluxdu

16:43 19.09.2020

Binəqədi Rayonunda təmizlik işləri həyata keçirilir

16:36 19.09.2020

Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq

16:20 19.09.2020

DİN-dən müğənni Elnar Xəlilovla bağlı açıqlama

X Mostbet