Ayxan Abbasov: "Futbolçuların Fransa millisinə qarşı yaxşı mübarizə aparacağına inanıram"

Ayxan Abbasov: "Futbolçuların Fransa millisinə qarşı yaxşı mübarizə aparacağına inanıram"
İDMAN
20:24 15.11.2025
185
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa millisinə qarşı matçda futbolçuların yaxşı mübarizə aparacağını inanır.
 
AZXEBER.COM xəbər verir ki, bunu mütəxəssis oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis heyətdə dəyişikliklər ola biləcəyini vurğulayıb:

"Evdə son oyunumuzu keçirəcəyik. Fransa yığması qrupun lideridir. Səfər matçı bizim üçün ağır oldu. Amma ilk görüşdə komandamız bu rəqibə qarşı 70 dəqiqə yaxşı oynamışdı. Heyətdə dəyişikliklər ola bilər. Futbolçuların yaxşı mübarizə aparacağına inanıram. Bilirik ki rəqibimiz qrupdan çıxıb. Amma buna baxmayaraq, futbolçular özlərini göstərməyə çalışacaq. Bu səbəbdən mübarizə aparacağıq. Belə böyük oyunlar futbolçularımız üçün gələcəkdə şanslar yarada bilər".

Baş məşqçi zədəli futbolçulara görə çətinliklə üzləşdiklərini deyib:

"Sol cinah müdafiəçilərinin zədələnməsi bizi çətin duruma saldı. Amma gənc futbolçularımız Rüfətlə Xəyal öncəki matçlarda verilən şanslardan sonra özlərini yaxşı tərəfdən göstərmişdilər. Dəyişiklik ola bilər. Buna axşam qərar verəcəyik".

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?