Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Bütün Xəbərlər
12:23 24.12.2010
1909

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiya prezidenti Azərbaycan dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Azərbaycan prezidenti təbrikə və diqqətə görə D. Medvedevə minnətdarlığını bildirib.
Dövlət başçıları 2010-cu ili ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu il kimi dəyərləndirmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

 

OXŞAR XƏBƏRLƏR