Azərbaycanda kişi futbolçuların matçını qadın baş hakim idarə edəcək

İDMAN
09:34 16.03.2011
2161
Ölkəmizdə kişi futbolçulardan ibarət komandaların oyununu qadın hakim idarə edəcək. AZXEBER.COM portalının Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, martın 18-də baş tutacaq “Abşeron” – MKT “Araz” matçını Səbael Qurbanova idarə edəcək.

“Abşeron” – MKT “Araz” matçının digər hakimləri Rahil Ramazanov, Samir Hacıyev, Rövşən Rəcəbovdur. Saat 16:00-da “Şəfa” stadionunda start götürəcək matçın hakim-inspektoru Akif Əliyevdir.

OXŞAR XƏBƏRLƏR